Page 207 - Islamic Studies 05
P. 207
Din, Qərbin fəlsəfi atmosferində (206
çevrilmişdir. Xristiianlığın dövlət dini səviyyəsinə qaldırılması
imperator Konstantinusun adı ilə bağlıdır. O, bu addımı siyasi
səbəblərə görə atmışdı. Məsələ bundadır ki, IV əsrin
əvvəllərində xristianlar geniş xalq kütlələrinə təsir etmə imkanı
olan təşkilatlar yarada bilmişdilər. Xeyriyyə işləri və axirətdə
xilas olma ideyaları imperiyanın ən kasıb təbəqələri üçün
cəzbedici görsənirdi. Digər tərəfdən isə, hakimiyyətə qarşı
səbrli olmaq ideyaları, onları dövlət başçılarına qarşı üsyan
etmə ehtimalının qarşısını alırdı. Eyni zamanda, kilsə
tərəfindən müəyyən edilmiş dini qanunları və ehkamları qəbul
etmək, keşişlərə tabe olmaq Xristianlığın prinsiplərindən idi.
Bu cür din monarxiya üsul- idarəsi üçün çox əlverişli idi.
Bunu başa düşən imperator Konstantinus, imperiyada sabitliyə
nail olmaq və öz kakimiyyətini möhkəmləndirmək üçün,
xristian faktorundan istifadə etməyə başladı. İlk növbədə o,
313- cü ildə, Xristianlığı hüquqi nöqteyi nəzərdən, başqa
1
dinlərlə bərabərləşdirən Mediolan fərmanını imzalamışdır.”
Beləliklə, xristianlıq artıq Avropada cücərib pöhrələnmək üçün
özünəməxsus yol tapdı.Zaman-zaman sərhədləri aşaraq
ölkədən- ölkəyə sıçrayan xristianlıq etiqadı təbliğ olunaraq bu
günümüzə qədər gəlib çıxdı.
Tədqiqatçı Hüseyn Tofiqi haqlı olaraq yazır : “ Yəhudilik və
bəzi başqa dinlər öz dinlərini təbliğ etmir, ardıcıllarının
çoxluğunu özləri üçün bir imtiyaz saymırlar. Lakin İslam və
Xristian dinləri təbliğ məsələsinə xüsusi əhəmiyyət verirlər.
Qədim dövrlərdən etibarən xristianların təbliğ heyətləri
dünyanın müxtəlif ölkələrinə getmiş və bu dini dünyanın hər
tərəfinə çatdırmışlar. Bundan əlavə, son əsrlərdə qərb
mədəniyyətinin çiçəklənməsi, həmçinin istismar və mədəni
1 Aydın Əlizadə, “ Xristianlıq. Tarix və fəlsəfə ( ilk çağlar)”, səh 68