Page 209 - Islamic Studies 05
P. 209

Din, Qərbin fəlsəfi atmosferində (208

               tam  qələbə  çalmışdır  və  Roma  imperiyasının  rəsmi  dövlət
               dininə çevrilmişdir. Arianlıqla Atanasiosun ardıcılları arasında
               gedən  çəkişmələr  zamanı  Roma  imperatorları  müxtəlif
               dövrlərdə öz siyasi maraqlarını rəhbər tutaraq bu iki cərəyanı
               dəstəkləyirdilər.  Lakin  sonda  Atanasiosun  ardıcılları,  Atanın
               oğulla bir mahiyyətə malik olması doktrinası tərəfdarları qalib
               gəlmişdilər.  Məhz  bu  cərəyan  dövlət  tərəfindən  tanınmış  və

               imperiyanın  rəsmi  Kilsəsini  təşkil  etmişdi.  Bütpərəstlərlə
               birlikdə bütün başqa xristian cərəyanları və təriqətləri qadağan
               olunmuş,  onların  tərəfdarları  isə  təqiblərə  məruz  qalmışdılar.
               Bu proseslərlə bərabər, rəsmi xristian Kilsəsinin ideologiyası
               da  yaranmaqda  idi.  Dini  ehkamların  sabitləşməsi,  onların
               fəlsəfi əsaslarının işlənməsi, sistemləşdirilməsi işi imperiyanın
                                                              1
               həm Şərqində, həm də Qərbində gedirdi.”

                              Kilsə
               Xristianlıqdan söhbət getdiyi zaman kilsədən danışmamaq bu
               dinin ardıcıllarına qarşı məncə ədalətsizlik olardı. Axı təşəkkül
               tapdığı  zamandan  bəri  mövcud  feodalizm  cəmiyyətində
               kilsənin ictimai rolu çox önəmlidir.
               Tarix yazır ki, cəmiyyətin hakim sinfi xristianlığın bütün orta
               əsrlər boyunca feodalizm quruluşunun şəraitinə uyğunlaşdırır,
               hər  cür  yolla  kilsəni  iqtisadi,  siyasi  və  ideya  baxımından
               qüvvətləndirməyə çalışırdı.
                                              2
               Bəs kilsə nədir və xristianlar üçün nəyi ifadə edir? Bu sualın
               cavabını yenə də tədqiqatçıların nəzərlərində  axtaraq.
               Xristianlığın  yalnız  kilsə  formasında  mövcud  olması-  onun
               əsas  xüsusiyyətlərindəndir.Artıq  bu  dövrdən  başlayaraq  kilsə
               xristian  dininin  mühüm  atributuna  çevrilmişdi.  Xristianlıqda
               bir  neçə  dini  ənənə  mövcuddur  ki,  bunların  da  hərəsinin  öz


               1 Eyni mənbə, səh 73- 74
               2  Orta əsrlər tarixi,səh 417
   204   205   206   207   208   209   210   211   212   213   214