Page 306 - Islamic Studies 05
P. 306

305) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               və  Hiltonun  zəncirvari  otellərinin  maliki  xanım  Paris  Hilton

               “Kavala”ya  qoşuldu.  Beləcə,  onlar  çalışırlar  ki,  bu
               şəxsiyyətlərin  populyarlığından,  başqalarının  da  onları  ülgü
               seçməsindən,  xüsusilə  də  cavanların  belə  şəxslərdən

               təsirlənməsindən  istifadə  etməklə  müxtəlif  şəxsləri  özlərinə
               tərəf cəlb etsinlər.


                      İnsanda Fitri Və Təbii Meyl
                      Bəşərin müxtəlif meylləri və “instinkt”ləri1 var. Filosoflar fəlsəfi
               “Elmün-Nəfs” mövzularında və aristotelçi əxlaq alimləri tarix boyunca və
               müasir  psixoloqlar  öz  bəhslərində  çalışmışlar  ki,  bəşərin  meylləri  və
               “instinkt”ləri  üçün  məlum  modellər  versinlər  və  onları  müəyyən
               meyarlarla  hissələrə  ayırsınlar.  Amma  həqiqət  budur  ki,  onları  dəqiq
               şəkildə  sadalamaq  və  məlum  qəliblərdə,  dəstələrdə  yerləşdirmək
               mümkün  deyil.  Bununla  belə,  bəşərin  bütün  meyl  və  “instinkt”lərini
               ümumi bir bölgüdə iki hissəyə ayırmaq olar: 1 – Qeyri-ixtiyari və iradi
               şəkildə  həyəcanlanaraq  fəallaşan  meyl  və  instinktlər.  Onların
               çiçəklənməsinin təlim-tərbiyəyə ehtiyacı yoxdur. Məsələn: dünyaya göz
               açan körpənin gündən-günə yeməyə olan meyl, xüsusi yetkinlik dövrünə
               çatandan  sonra  yaranan  cinsi  meyl.  2  –  Çiçəklənməsində  və
               aktivləşməsində  bəzi  şərtlərin  gerçəkləşməsinə  ehtiyacı  olan  meyl  və
               instinktlər.  Mənəviyyata,  dinə,  mütafizikaya  və  bir  sözlə  Allaha  olan
               meyl  o  meyllərdəndir  ki,  çiçəklənməsi  və  aşkara  çıxması  üçün  bir  sıra
               şərtlərin  həyata  keçməsinə  ehtiyac  var.  Onun  fəaliyyətə  düşməsi  üçün
               zəmin yaranmalıdır. Bundan öncə qeyd olunan amillərə diqqət etməklə
               belə nəzərə gəlir ki, hazırkı əsrdə belə bir zəmin hazırlanmışdır.
                      Başqa sözlə, bütün vücudi sahələrdə daha çox qüdrət əldə etmək
               meyli, tamamlanma istəyi, mütləq kamala meyl insanın fitri və instinkt

               1   Fəlsəfi  diqqət  və  lüğəti  cəhətdən  “meyl”,  “qərizə”,  “fitrət”,  “təbiət”  terminləri  bir-biri  ilə  fərqlənsə  də,
               ümumi  olaraq  deyilir  ki,  “təbiət”  daha  çox  cansızlar  haqqında  işlənir,  “qərizə”  insandan  başqa  bütün
               heyvanlara, “fitrət” isə insana aiddir (daha çox məlumat üçün bax: “Məcmueyi Asar, M. Mütəhhəri, c. 3.).
               Amma  bu  terminlərin  harada  işlənməsi  üçün,  biz  bu  bəhsdə  fəlsəfi  və  dilşünaslıq  diqqətini  bu  terminlərin
               fərqləndirilməsində nəzərə almırıq.
   301   302   303   304   305   306   307   308   309   310   311