Page 301 - Islamic Studies 05
P. 301

Müasir insanın mənəvi tələbatı (300

               təcrübə) kömək  almaqla  öz  ayağı üstündə  dayana və özünün

               bütün problemlərini, məsələlərini həll edə bilər.1
                      Amma çox çəkmədi ki, bəşər bu elmi qürurun möhkəm
               yuxusundan oyandı. Modern elmin çatışmamazlıqlarını bütün

               varlığı  ilə  hiss  etdi  və  bu  nəticəyə  gəldi  ki,  hər  bir  insani
               problemin həlli rasionalizmin və modern elmin işi deyil. İnsan
               bir neçə cəhətə malik bir varlıqdır. Bəşərin ən mühüm ehtiyac

               və  dərdləri  onun  vücudi  dərdləri,  ruhi,  psixoloji,  daxili
               ehtiyaclarıdır  və  müasir  elm  bunlara  münasib  cavab  verə
               bilməz. Bəşər get-gedə bu nəticəyə gəldi ki, təcrübi elm onun

               bütün problemlərini həll edə bilməz. Bir çox əsas, fundamental
               insani  ehtiyaclar  təcrübi  elmin  sahəsindən  kənardır.  Digər
               tərəfdən  də  ağıl,  əqli  metodlar  və  əqli  elmlər  də  böyük

               əhəmiyyət və rola malik olmasına baxmayaraq, insanın vücudi
               ehtiyaclarının məhz bir hissəsinə cavab verirlər. Ümumi olaraq
               demək olar ki, müasir insan bu nəticəyə gəldi ki, sırf fəlsəfi,

               elmi  və  əqli  sistemlər  insanın  bütün  ehtiyaclarını  təmin
               etməkdə lazım olan bacarığa malik deyillər. Bəlkə də demək
               olar  ki,  pozitivistlər  istəmədən  belə  bir  nəticənin  hasil
               olmasında ən mühüm rola malik idilər. Onlar “verifikasiya”nı

               özünün  yüksək  zirvəsinə  çatdırdılar  və  isbat  etdilər  ki,
               verifikasiya  (təcrübə  olunmaq)  “mənalılıq”ın  meyarıdır  və
               təcrübi  olamayan  (verifikativ)  hər  bir  hökm  (təsdiq)  və

               məfhum (təsəvvür) mənasızdır. Həmin ifrat baxış bir çox alim
               və ümumi camaatın verifikasiyanın yanlışlığını və onun arxası
               ilə  də  bəşəri  elm  və  ağılın  bacarıqsızlığını  aşkar  şəkildə



               1  Bu baxış və ona iradlarla və həmçinin xatəmiyyətin düzgün izahı ilə tanışlıq üçün müəllifin “Xatəmiyyət,
               İmamət və Məhdəviyyət” kitabəna müraciət edə bilərsiniz.
   296   297   298   299   300   301   302   303   304   305   306