Page 303 - Islamic Studies 05
P. 303
Müasir insanın mənəvi tələbatı (302
təcrübi (qeyri-verifikativ) bir hökmdür və bu prinsipə əsasən
də onun özü mənasız olmalıdır. Mənasız söz ilə də bütün
sözlərin və hökmlərin “mənalılıq meyarı”nı təyin etmək
olmaz.
Anti-Mənəviyyat Sistemlərin Məğlubiyyəti
Anti-mənəviyyat fəlsəfələrə əlavə olaraq, bu fəlsəfələrin
təsiri altında yaranan bəzi anti-mənəviyyat sistemlər də XX
əsrin sonlarında rəsmi şəkildə öz məğlubiyyətlərini elan
etdilər. Bildiyimiz kimi, XX əsrdə dünyanın təqribən yarısı
Komunizmi, Marksizmi sevirdi. Bu elə bir sistem idi ki, onun
ən mühüm cəhətlərindən biri anti-mənəviyyat və anti-din
olmaq idi, din və mənəviyyatı millətlərin tiryəki hesab edirdi
və bu tiryəklə mübarizəni özünün mütləq vəzifəsi bilirdi.
Avropada, Asiyada, Amerikada dünyanın yarısı da həmin
sistemə aşiq idi və özlərinin bütün qədim amal və arzularının
ödənməsini bu anti-din sistemdən gözləyirdi. Amma XX əsrin
sonralında dünya xalqları son dərəcə təəccüb və inamsızlıq
içində bu sistemin rəsmi şəkildə çökməsinin şahidi oldu.
Nəhayət, Kommunizm sistemi XX əsrin 9-cu onilliyində rəsmi
şəkildə bacarıqsızlığını və nəticədə də özünün məhv olmasını
elan etdi. Hamı bu həqiqəti başa düşdü ki, bu sistem xəyali
ilğımdan başqa bir şey deyil. Və bəşəriyyətin həqiqi
ehtiyaclarına cavab verməyə acizdir.
Bu həqiqət camaatın dinə meyl və istəyinə, mənəviyyat
tələbinə yeni bir həyəcan verdi. Bu kommunist sisteminin
boyunduruğundan nisbi müstəqillik və ən azı dünüşcə
müstəqilliyi qazanan bir çox millətlər yenidən mənəviyyata və