Page 304 - Islamic Studies 05
P. 304
303) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
dinə meyl hiss etdilər. Onlar bütün varlıqları ilə bu anti-
mənəviyyat sistemin çatışmazlığını, zəifliyini duydular. Buna
əlavə olaraq, hələ də bu sistemlərin rəsmi hakimlik etdiyi Çin,
Kuba kimi ölkələrdə, artıq din və mənəviyyatla qədim şiddətli
müxalifətçilik və kobudluq görünmür. Əksinə, onlar çalışırlar
ki, müəyyən həddə bir növ materializm ilə uyğun olan
mənəviyyatı yaysınlar. Buna görə də Budda, Hind,
Qırmızıdərililər və sekolarizm mənəviyyatları ilə nəinki
müxalifətçilik etmirlər, hətta özləri belə bu cür mənəvi
məktəblərə üz tuturlar. İxtiyarlarında olan bir çox informasiya
və təbliğ vasitələri ilə çalışırlar ki, öz millətlərinin mənəvi
yanğılarını söndürmək üçün sekulyar və qeyri-dini
mənəviyyatları yaysınlar. Maraqlıdır ki, Kubanın kommunist
sisteminin rəhbəri Fidel Kastro rəhbərlik müddətinin sonu
haqqında deyir: “Ölkənin idarəçiliyi Allah istəyənə qədər
əlimdə olacaq, əvvəlcə Allahın istək və iradəsi və ondan sonra
da camaatın istək və iradəsi hər şeydən üstündür”1. Yaxud da
Rusiyanın prezidenti Vladimir Putin deyir: “Mən də öz
növbəmdə Rusiyanın Ortodoks kilsəsi ilə mənəvi bağlılığıma
görə fəxr edirəm, bu bağlılıq məni ehtiyacsız edir və millətim
ilə, onun mədəniyyəti ilə şəxsi əlaqə yaradır”2.
Mənəviyyatçı Qruplarının Geniş Təbliğatı
Mənəviyyatçı qrupların geniş, cəzibəli təbliğatlarını
müasir bəşərin mənəviyyata tərəf üz tutmasının amillərindən
biri hesab etmək olar. Hər bir dinin tərəfdarı öz dinlərini
1 “İmam Xomeyni Əsri”.
2 Həmin yerdə.