Page 307 - Islamic Studies 05
P. 307
Müasir insanın mənəvi tələbatı (306
meyllərindəndir. Əgər çiçəklənmış bu fitri meyllərə düzgün cavab
verməsək, sui-istifadəyə çevriləcək, süni şəkildə ödənəcək və nəticədə də
səadət vasitəsi zəlalət və bədbəxtlik vasitəsinə çevriləcək. Əgər ona yalan
cavab verilsə, bu zaman onların zərəri və xətəri cəmiyyətin dini, əxlaqi
sağlamlığı və həqiqi səadəti üçün küfr, anti-mənəviyyat, anti-din
zərərindən daha çoxdur. Buna görə də Xəvaric, Vəhhabilik, Bəhailik
kimi din adı ilə və dini pis və yanlış izah edərək nəticə almaqla yaranan
azğın və saxta firqələrin dinə xətər və zərəri kafirlərin, komunistlərin
xətərindən daha çoxdur. Buna əsasən də bütün həqiqətaxtaranların, fikir-
düşüncə sahiblərinin vəzifəsidir ki, hamıya xüsusilə də təhqiqatda,
axtarışda olan cavanlara həqiqi irfan və mənəviyyatı tanıtdırsın. Nəbadə
bu müstəsna və tarixi fürsət təhdidin ram olunmaz cilovuna cevrilsin.