Page 302 - Islamic Studies 05
P. 302
301) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
müşahidə etməsinə səbəb oldu. Buna əlavə olaraq, insanlar
Allahdan ayrı və müstəqil olan müasir elmin məhsulunu və
bəşərin əqli tədbirlərini XX əsrin birinci yarısında iki dünya
müharibəsində bütün varlığı ilə hiss etdi.
Anti-Mənəviyyat Fəlsəfələrin Yanlışlığının İsbatı
İşarə etdiyimiz kimi, modernizm dövründə “anti-
mənəviyyat” və “anti-din” nəzəriyyələşdirilmişdir. Qərb
alimlərinin təbiri ilə desək, bir sıra pozitivistlər Qərb tarixində
Vitgenşteynin fikirlərinin və düşüncələrinin təsiri altında
“Vyən” toplantısı vasitəsilə və mütaliə mərkəzinin təşkil
olunması ilə ən ifrat və ən anti-din fəlsəfə və düşüncə sistemini
– “Pozitivizm Fəlsəfəsini” – yaratdılar. “Vyən” halqası adı ilə
tanınan bu qrup qısa müddət ərzində Qərbdə və onun ardınca
da dünyanın hər yerində elmi və fəlsəfi fəzanı öz ixtiyarları
altına almağı bacardılar. XX əsrin 4, 5 və 6-cı onilliklərində
bütün fikir və düşüncə mərkəzlərini özlərinə məğlub etdilər.
Saentizm pozitivizmin təfəkkürünün əsas cəhəti idi.
Amma sonda bu fəlsəfə və buna oxşar digər fəlsəfələr
də sönməyə üz tutdu. Pozitivizmin bəzi müdafiəçiləri və Vyən
halqasının üzvləri bu təfəkkürə elmi tövbələrini ümumi şəkildə
elan elədilər və bunun özü anti-din olanlarla mübarizə üçün
dindarların əlində münasib silah idi. Buna əlavə olaraq,
pozitivizmin fikri əsaslarının yanlışlığı aşkar oldu. Onların
düşüncələrinin ən mühüm prinsipi olan “mənalılığının meyarı”
bir çoxlarının elmi tənqidlərinə məruz qaldı. Onun ən sadə
iradı özü ilə ziddiyyət təşkil etməsi idi. “Yalnız verifikativ
(təcrübə olunan) hökmlərin mənası var” sözünün özü qeyri-