Page 319 - Islamic Studies 05
P. 319
İsrafla mübarizə Nəhcül-Bəlağə baxımından (318
yoxumuzdur. Buna görə də undan istifadə edirik. Mən,
Allahın bu işdən xəbərdar olduğuna görə narahat
oluram. O həzrət (ə) buyurdu: “Sənin narahatçılığın bu
işin israf olduğuna görədir?”. O dedi: “Bəli”. İmam
(ə) buyurdu: “Bədənin təmizliyi və gigiyenası üçün heç
bir şey israf deyil və mənim özüm bəzən xalis unu
yağla qarışdırıb bədənimə sürtürəm. İsraf, yalnız o
1
şeydədir ki, malı tələf edir və bədənə zərər vurur”.
İsraf “Nəhcül-Bəlağə”də
İmama (ə), “Müaviyə hədiyyələrlə, maddiyyatla
camaatı özünə tərəf çəkir, buna görə də yaxşı olardı siz
də dövlət əmlakından (beytül-maldan) camaata
bağışlayın, hədiyyə verin ki, onların sizə tərəf meyli
olsun” dedikdə İmam (ə) buyurdu: “Mənə deyirsiniz
ki, işlərini öhdəmə götürdüyüm şəxslərə zülm etməklə
qələbə istəyim! Allaha and olsun, nə qədər ki, aləm
var, dünya ayaq üstədir, ulduz ulduzlar arasındadır, bu
işi görmərəm. Əgər dövlət əmlakı mənə aid olsaydı,
camaat arasında bərabər şəkildə bölərdim. Amma
əmlak Allahın əmlakıdır. Əmin olun ki, malı haqqı
olmayan şəxsə vermək “təbzir” və israfla eyni şeydir.
Kim belə edərsə, onun dünyadakı qiyməti artar, amma
qiyamətdə heç bir dəyəri olmaz. İsraf belə bir adamı
1 -Hürr Amoli, Vəsailüş-Şiə, c. 1, yuyunmanın qaydaları, 38-ci bölmə, 7-ci
hədis