Page 353 - Islamic Studies 05
P. 353
Zeydiyyə və İsmailiyyə məzhəblərinin inancları (352
qətiyyətlə rədd edib onu tamamilə batil və əsassız
adlandırırlar.
5. Şəriətin batini.
Dərsin əvvəlində qeyd etdik ki, İsmailiyyə alimləri bütün
şər᾿i üsul və hökmlərin zahiri və batini mə᾿nalardan ibarət
olduğunu hesab edirlər. Onlar bu barədə deyirlər: Allah-taala
bütün şəriət və ibadi hökmləri elə bir qaydada tə᾿yin etmişdir
ki, onlar hər bir əqli işləri və ilahi hökmləri əhatə edir. İbadət
və hökmlər insanın cismi ilə, batini hökmlər isə əql və
mə᾿nəviyyatla bağlıdır. Bu səbəbdən də şəriətin batininə daha
çox qiymət verilmişdir. Onlar bu barədə bir çox əsərlər
yazmış, hətta Qur᾿anı öz şəxsi əqidələrinə əsasən təfsir edərək
ayə və ifadələrin batini mə᾿na daşıdığını hesab etmişlər.
Məsələn, namazın mahiyyətini haqqa də᾿vət və imama dua
etmək, orucu, ədəb-ərkanı riyakarlardan gizli saxlamaq,
cənnəti imama itaət, cəhənnəmi imama qarşı üsyan, həcci elm
məqsədilə el-obanı tərk etmək, zəkatı elmi, elmə ehtiyacı olan
və həqiqi olaraq qiymətləndirməyi bacaran şəxslərin arasında
yaymaq kimi təfsir etmişlər. İsmailiyyənin batinçiliyə olan
meyli, müxaliflərinin onları şər᾿i hökmləri kənara qoyub batini
mə᾿naya kifayətlənməkdə ittiham etmişlər. Yə᾿ni, namaz
qılmaq əvəzinə imama dua edir, Beytul-haramı ziyarət etmək
əvəzinə öz əqidələrini yaymağa can atır və s. Lakin İsmailiyyə
ardıcılları bu ittihamları rədd edərək hər iki tərəfə e᾿tiqad
bəslədiklərini iqrar etmişlər və şər᾿i hökmlərin təkcə zahirinə
və ya batininə e᾿tiqad bəsləməyi və əməl etməyi ayrı-ayrılıqda
düzgün hesab etmirlər. Belə bir e᾿tiqadı olanları isə küfrdə
ittiham edirlər.