Page 349 - Islamic Studies 05
P. 349

Zeydiyyə və İsmailiyyə məzhəblərinin inancları (348

                  Növbəti  dərsimizdə  İsmailiyyə  firqəsinin  e᾿tiqadı  barədə
               ətraflı söhbət açacağıq.


               İSMAİLİYYƏ FİRQƏSİNİN E᾿TİQADLARI


                  İki  səbəbə  görə  İsmailiyyə  firqəsinin  e᾿tiqadları  barədə
               dəqiq mə᾿lumat əldə etmək olduqca çətindir. Əvvəla ona görə
               ki, bu  firqə  tərəfdarları  düşmənlərindən  qorunmaq  məqsədilə
               tarix  boyu  öz  əqidə  və  e᾿tiqadlarını  gizli  saxlamış  və
               başqalarının onlara yaxınlaşmalarına şərait yaratmamışlar. Bu
               sahədə  müxtəlif  kitablar  yazsalar  da,  onu  digərlərindən  gizli
               saxlayaraq  kimsənin  əlinə  düşməsinə  razı  olmamışlar.  Hal-
               hazırda  İsmailiyyə  firqəsinin  müqəddəs  hesab  etdiyi  və
               müəmmalı  mətləbləri  ehtiva  edən  Əbul  Xəttabın  «Ummul-
               kitab» adlı şübhəli əsəri də bu qəbildəndir.


                  Digər  tərəfdən  də  İsmailiyyə  firqəsinin  əqidə  üsullarının
               əsasını batinçilik və yozumluq prinsipi təşkil edir. Onlar belə
               bir  əqidədədirlər  ki,  bütün  dini  hökmlərin  batini  mə᾿naları
               vardır və onlardan agah olan yeganə şəxs imamın özüdür. Bu
               səbəbdən  də  İsmailiyyə  bütün  dini  hökmlər  üçün  batini
               mə᾿nalar  nəzərdə  tutmuşdur.  Yə᾿ni,  bütün  işlərin  həqiqətini
               onun  zahiri  quruluşu  və  mə᾿nası  deyil,  batini  mə᾿nası  təşkil
               edir.


                  Məhz  bu  məsələ  İsmailiyyə  firqəsinin  e᾿tiqad  və  əqidə
               üsullarının  şübhəli  və  anlaşılmaz  olmasına  səbəb  olmuşdur.
               Tədqiqatçı  alimlər  apardığı  araşdırmalar  zamanı  bir  çox
               hallarda yetkin nəticəyə gələ bilməyib onlar barədə elə bir fikir
               və  fərziyyələr  irəli  sürmüşlər  ki,  bunun  həqiqətən  onlara  aid
               olub-olmamasını dəqiqləşdirmək çox çətindir.
   344   345   346   347   348   349   350   351   352   353   354