Page 348 - Islamic Studies 05
P. 348

347) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                  3. Əbdullah ibni Məymun;


                  Məymun  Qəddahın  oğlu  olmuşdur.  Əvvəllər  atası  ilə
               həmfikir olsa da, sonralar ifrata vararaq peyğəmbərlik iddiası
               etmişdir.  İbni  Məymun  müxtəlif  hiylələrdən  istifadə  edərək
               uzaq  ölkə  və  şəhərlərin  tarix  və  əhvalatlarını  nəql  edir  və
               bununla  da  əhalini  öz  ətrafına  yığmağa  çalışırdı.  Əvvəl
               Əhvazdan  Bəsrəyə,  sonra  isə  Həms  yaxınlığında  yerləşən
               Səlmiyyə  adlı  məntəqəyə  gəlmiş  və  orada  boyu  qısa  olduğu
               üçün  Qərmət  ləqəbi  ilə  məşhur  olan  Məhəmməd  ibni  Əş᾿əs
               adlı  şəxsə  qoşulmuşdur.  Qəramətə  firqəsi  də  məhz  həmin
               şəxsin adı ilə bağlıdır.


                  4. Məhəmməd ibni Hüseyn.


                  Dəndan  və  ya  Zeydan  ləqəbi  ilə  məşhur  olmuşdur.  Tarixi
               sənədlərdə göstərilir ki, o İraqda ibni Məymunla tanış olmuş
               və  elə  orada  da  İsmailiyyə  firqəsinin  nəzəriyyələri  əsasında
               Batiniyyə  firqəsini  meydana  gətirmişdir.  İbni  Nədimin
               dediyinə  görə, İbni  Hüseyn  fəlsəfə  və  astronomiya  elmlərinə
               mükəmməl  yiyələnmişdir.  O,  ulduzların  ruhani  xüsusiyyətə
               malik olduğunu hesab edirdi. Bu səbəbdən də İbni Məymunla
               tanış olduqdan sonra əqidəsinin yayılması üçün münasib şərait
               tapıb ona maliyyə yardımları etməklə Batiniyyə firqəsini tə᾿sis
               etdi.


                  Demək,  İsmailiyyə  bu  dörd  nəfər  şəxsin  fəaliyyəti
               nəticəsində meydana gəlmişdir. Bu məzhəb sonralar bir neçə
               firqəyə  bölünsə  də,  bə᾿zi  müsəlman  ölkələrində  tarixi
               cərəyanlarda öz tə᾿sirini qoymağa, hətta dövlət tə᾿sis etməyə
               nail  oldu.  Beləliklə,  tarixin  enişli-yoxuşlu  mərhələlərini
               keçərək öz ətrafına minlərlə tərəfdar yığaraq öz mövqeyini bu
               günkü günədək qoruyub saxlaya bilmişdir.
   343   344   345   346   347   348   349   350   351   352   353