Page 350 - Islamic Studies 05
P. 350

349) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                  İsmailiyyə  məzhəbinə  qarşı  yaranmış  belə  bir  yanlış  tərzi-
               təfəkkür onların alimlərini bu sahədə onlarla kitab və əsərlər
               yazıb öz əqidə və e᾿tiqadlarını müdafiə etməyə vadar etmişdir.
               Onlara qarşı irəli sürülən ittihamlardan biri də «tənasüx*» və
               «ibahəçiliyə»* e᾿tiqad bəsləmələridir.


                  İsmailiyyə firqəsinin əsas e᾿tiqadlarını isə bunlar təşkil edir:


                  1. Tövhid;


                  Bu  məzhəbin  davamçıları  tövhid  mövzusunda  Allahın
               mütləq  sifətlərini  inkar  edərək  deyirlər:  Allah-taala  əql  və
               düşüncədən üstün olduğu üçün məxluqata xas olan diri, alim,
               qadir, eşidən, görən və sair sifət və xüsusiyyətləri ona aid edə
               bilmərik.


                  Onlar Qur᾿ani-kərimin bir çox ayələrində və nəql olunmuş
               rəvayətlərdə Allah-taalanın adı çəkilən gözəl ad və sifətlərini
               isə  «ümumi  məfhum»  olaraq  qəbul  edirlər.  İsmailiyyə
               firqəsinə  mənsub  olan  təhqiqatçılardan  biri  bu  barədə  deyir:
               Allah-taala məxluqata aid olunan sifətlərdən uca olduğu üçün
               Onun  müqəddəs  zatı  bu  xüsusiyyətlərlə  vəsf  olunmamışdır.
               Eyni zamanda məxluqat da olduqca aciz və zəif olduğu üçün
               Allaha xas olan sifətlərlə vəsf olunmamışdır. Allah-taala lütf
               və  mərhəmət  üzündən  məxluqatı  yaratmış  və  bütün  sifət  və
               xüsusiyyətlər  Ona  aid  olunmuşdur  ki,  məxluqatı  heyrət  hissi
               bürüməsin.  Allahın  vücudu  bütün  varlıqların  vücudundan
               ilkindir və bütün varlıqlar yaradılış (xilqət) baxımından Onun
               vücudundan nəş᾿ət tapır. Qur᾿ani-kərimdə «Qələm» ifadəsi ilə
               zikr  olunan  ilkin  varlıq  «lövhi-məhfuz»  adlanan  ikinci
               yaradılışı vücuda gətirir. İlk yaradıcı ikinci yaradılışdan əvvəl
               olduğu üçün «Sabit», ikinci yaradılış isə ilk yaradıcıdan asılı
               olduğu  üçün  «Tali»  adlanır.  Mücərrəd  aləmdə  olan  hər  bir
   345   346   347   348   349   350   351   352   353   354   355