Page 351 - Islamic Studies 05
P. 351
Zeydiyyə və İsmailiyyə məzhəblərinin inancları (350
şeyin təcəllisi cismani aləmdə mövcud olduğu üçün, birincidə
olan mütləq əqlin qarşılığını cismani aləmdə olan imam hesab
etmişlər.
2. Cəbr və ixtiyar;
Cəbr və ixtiyara gəldikdə, İsmailiyyə məzhəbi insanı özünə
aid olan elm, əqidə, məslək, adət-ən᾿ənə, gündəlik işlər və s.
məsələlərdə tam ixtiyar sahibi hesab edir. Onların fikrincə,
belə olmadıqda, peyğəmbərlərin göndərilməsi heç bir nəticə
verməyəcəkdir. Bu barədə Nəcm surəsinin 39-40-cı ayələrinə
istinad edirlər:
«İnsana ancaq öz əməli, öz zəhməti qalar!»
«Şübhəsiz ki, [qiyamət günü] onun əməli, zəhməti
görünəcəkdir.»
Onlar eyni zamanda cəbr və ixtiyarı qəza-qədərlə ziddiyyətli
hesab etmirlər. «Qəzanı» xeyir, vəsiyyət və asudəçilik
(qurtuluş), «qədər»i isə təqdir, miqdar və tərbiyə kimi
mə᾿nalandırırlar.[182]
3. Peyğəmbərlik;
İsmailiyyə məzhəbi nöqteyi-nəzərindən peyğəmbərlik iki
hissəyə bölünür: 1. Ümumi peyğəmbərlik; 2. Xüsusi
peyğəmbərlik. Ümumi peyğəmbərlik dedikdə, əql və təbiət
baxımından onun bütün insanlara şamil olduğu nəzərdə
tutulur. Ümumi peyğəmbərlik olmadıqda, xüsusi peyğəmbərlik
(yə᾿ni, müəyyən təbəqəyə aid olan) camaat tərəfindən qəbul
olunmur.