Page 352 - Islamic Studies 05
P. 352

351) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                  Qeyd  etmək  lazımdır  ki,  imamiyyə  şiələri  «ümumi
               peyğəmbərlik»  dedikdə,  batini  hüccət  və  dəlil  olan  əqli
               nəzərdə tuturlar. Allah tərəfindən peyğəmbərliyə tə᾿yin olunan
               şəxslərə  gəldikdə  isə,  onları  zahiri  hüccət  adlandırırlar.
               Müsəlmanlar ulul-əzm peyğəmbərləri beş nəfər hesab etdikləri
               bir  halda,  İsmailiyyə  alimləri  şəriət  sahibi  və  ulul-əzm
               peyğəmbərləri «Natiq peyğəmbər» adlandıraraq onların sayını

               yeddiyə  çatdırmışlar.  Yeddi  natiq  peyğəmbər  bunlardan
               ibarətdir:  Adəm,  Nuh,  İbrahim,  Musa,  İsa,  Məhəmməd  və
               Qaim.  (Qaim  dedikdə  zühur  edərək  qiyam  edəcəyinə  e᾿tiqad
               bəslədikləri  İsmailiyyənin  yeddinci  imamı  Məhəmmədi
               nəzərdə tuturlar.)

                  4. Məad;


                  İsmailiyyə məzhəbi cismani məadı inkar edir, yalnız ruhani
               məada  e᾿tiqad  bəsləyir  və  bu  barədə  deyirlər:  İnsan  yaşadığı
               aləmdə həmin aləmə münasib vasitələrə ehtiyac duyur. O bir
               aləmdən  xaric  olub  başqa  bir  aləmə  qədəm  qoyduqda  belə,
               yenə  də  həmin  aləmə  münasib  vasitələrə  ehtiyac  duyur.  Bu
               səbəbdən də onlar cism və bədən üzvlərinin yalnız bu dünyaya
               lazım olduğunu hesab edirlər. Axirət dünyasına gəldikdə isə,
               oranı  ruhani  aləm  hesab  etdikləri  üçün  məadın  cismani
               olmasına heç bir zərurət duymurlar.


                  İsmailiyyə  məzhəbli  şəxslər  islamı  təzə  qəbul  edənlərə
               məadı və ya məad haqqında mə᾿lumatı olmayan şəxslərə izah
               etmək  istərkən  bu  əqidəni  özünün  zahiri  mə᾿nasında  yə᾿ni,
               cismani olaraq baş verəcəyini bəyan edirlər. Bir çox «miləl və
               nihəl»  kitablarında  İsmailiyyə  firqəsinin  «tənasüx»ə  e᾿tiqad
               bəslədiklərinə  işarə  olunmuşdur, lakin  onlar  belə  bir  ittihamı
   347   348   349   350   351   352   353   354   355