Page 39 - Islamic Studies 05
P. 39
Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (38
altıda biri (qədər pay düşür). Əgər onun övladı olmayıb, varisi
ata və anasıdırsa, (mirasın) üçdə biri anaya düşür. Əgər onun
(ölmüş kimsənin) qardaşları varsa, (mirasın) altıda biri anaya
düşür. (Bütün bu bölgü, ölən kimsənin) edəcəyi vəsiyyətdən və
ya borcu ödənildikdən sonradır. Atalarınızdan və
övladlarınızdan faydalı olmaq cəhətdən hansının sizə daha
yaxın olduğunu bilməzsiniz. (Bunlar,) Allah tərəfindən
müəyyən edilmiş paylardır. Şübhəsiz ki, Allah hər şeyi
1
biləndir, hikmət sahibidir.
Əgər zövcələrinizin övladı yoxdursa, onların qoyub
getdikləri (mirasın) yarısı sizindir. Əgər onların övladı varsa,
qoyub getdiklərinin dörddə biri sizindir. (Bu bölgü,) edəcəkləri
vəsiyyətdən və ya borcları ödənildikdən sonradır. Əgər sizin
övladınız yoxdursa, qoyub getdiyiniz (mirasın) dörddə biri
onlara (arvadlarınıza) düşür. Əgər sizin övladınız varsa, qoyub
getdiyiniz (mirasın) səkkizdə biri onlara düşür. (Bu bölgü də,)
edəcəyiniz vəsiyyətdən və ya borcunuz ödənildikdən sonradır.
Əgər miras qoyan kişi və ya qadının ata-anası və övladı
olmayıb, bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə
(mirasın) altıda biri düşür. Əgər bundan daha çox olsalar, onlar
üçdə birinə şərikdirlər. (Bu bölgü,) ediləcək vəsiyyətdən və ya
borc ödənildikdən sonra (və heç kimə) zərər verilmədən
(aparılır). (Bunlar,) Allahdan (sizə) bir tövsiyədir. Allah hər
şeyi biləndir, həlimdir.
2
Ey iman gətirənlər! Sizdən birinizin ölümü çatdığı zaman
vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun!
Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən
olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən)
şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və
Nisa, 11. 1
Həmin, 12. 2