Page 51 - Islamic Studies 05
P. 51

Qadın və uğur (50

                                         1
                      Xədicə , Fatimə.
                      İslam tarixinin ilk şəhid xanımı –Süməyyə
                      İslam tarixinin  ilk dövrlərində Əmmarın atasını , yəni
               Süməyyənin  əri  Yasəri  İslamı  qəbul  etdiyinə  görə    şəhid
               edirlər. Onu şəhid edən İslam düşmənlərinin ürəkləri bununla
               soyumur . Onlar Süməyyəni də hədələyirlər:
                      -“Əgər  Muhəmmədi  inkar  etməsən  ,  ayaqlarının  hər

               birini  bir  dəvəyə  bağlayıb  ,  iki  tərəfə  çəkərək  səni
               şaqqalayacağıq”.  Ancaq  bütün  vücudu    “Allah”  –  deyən
               Süməyyəyə onların bu hədə-qorxusu təsir edərdimi?! Elə hey
               Peyğəmbərin(s.ə.a.s) sözü qulağında cingildəyirdi:
                      -“Yasərin ailəsi , səbr edin, sizin yeriniz Cənnətdir.”
                      Nəhayət,  qana  susamış  düşmənlər  ona  ağır  işgəncə
               verməklə öz qəlblərini yatırtmaq qərarına gəlirlər və onu şəhid
               edirlər.
                      Beləliklə, onun adı İslam uğrunda canını qurban verən
               ilk şəhid xanım kimi tarixin səhifələrinə yazılmış olur.
                      Heç  bir  zülmdən  ,  əziyyətdən  ,  min  bir  məşəqqətdən
               qorxmayan və  heç bir zaman İslam dininin əmr etdiyi yoldan
               dönməyən  bu  xanım  kimi  digər  bir  neçə  xanım  qəhrəmanlar
               vardır  ki  ,  onların  da  adlarını  qeyd  edərək  qısa  məlumat
               vermək istəyirəm .
                          İndi isə haqqında yazacağım xanım İslam Peyğəmbəri
               Muhəmməd (s.ə.a.s)-in altı bibisindən biridir.
                      Səfiyyə  xanım  Peyğəmbərin  əmisi  Həzrət  Həmzə  ilə
               eyni  ata-anadan doğulmuşdur. Atası Əbdülmütəllib  , ansı isə
               Halə ibni Vəhəbdir. Cahillik dövründə Haris ibni Hərbə ilə ailə
               qurmuşdur və  bu nigahdan bir oğlu dünyaya gəlmişdi.  Həyat
               yoldaşı  Harisin  vəfatından  sonra  Həzrət  Xədicənin  qardaşı  ,
               Əvvam ibni Xuveylidlə ailə qurur. Bu evlilikdən onun üç oğlu



                                                                           Biharül - ənvar c 43 1
   46   47   48   49   50   51   52   53   54   55   56