Page 54 - Islamic Studies 05
P. 54

53) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               düşmənə hücum etdi . Səfiyyə  xanım yəhudini qetl edənə kimi
               onunla  döyüşdü.  Səfiyyə  xanım  İslam  tarixinin  qızıl
               səhifələrinə  düşməni qətlə yetirən ilk cəsur xanım olaraq adını
               yazdırdı.
                      Yəhudini öldürdükdən sonra o , döyüş meydanına nəzər
               yetirdi.  Müsəlmanlar  çox  təlaşlı  idilər.  Hətta  müharibədən
               məğlubiyyət  xəbərləri  gəlməyə  başladı.  Nəhayət  o,  qardaşı

               oğlunun  başına  gələ  biləcək  ağır  hadisənin  təhlükəsindən
               qorxuya  düşərək  bir  neçə  qadınla  Ühüd  meydanına  gəldi.
               Qardaşı oğlunun sağ olması , qardaşı Həmzənin şəhid olmasını
               eşitdi.  Qardaşını  görməyə  tələsdi.  Bundan  xəbər  tutan
               Peyğəmbər (s.ə.a.s)  Zubeyrə buyurdu:
                      -“Ananın  qarşısını kəs!”
               Zubeyr Peyğəmbərin(s.ə.a.s) əmrinə itaət edərək anasını döyüş
               meydanına  girməkdən  çəkindirdi.  Qəlbi  parçalanan  Səfiyyə
               xanım dedi:
                      -“Məni qardaşımla onun bədəninin tikə-tikə doğrandığı
               üçün  görüşməyə  qoymursunuzsa  bu  islam  yolunda  kiçik
               birşeydir.  Mən  bu  hadisə  ilə  razılaşmışam.  Mən  buna  səbr
               edərəm  və  bunu  Allah  dərgahında  hesaba  gətirəcəyəm.”
               Bundan  sonra  o  ,  Həzrəti  Muhəmmədi  (s.ə.a.s.)    gördü  və
               ondan soruşdu:
                      -“Ya  Rəsulullah  ,  atamın  oğlu  Həmzə  haradadır?”
               Peyğəmbər  ona cavabında buyurdu:
                       -“O  ,  şəhidlər  arasındadır.”  Səfiyyə  xanım  irəli  gəldi,
               qardaşının parçalanmış bədənini gördü və  ağladı. Peyğəmbər
               (s.ə.a.s.) də  ona qoşulub ağladı. Sonra  Peyğəmbər (s.ə.a.s.) iki
               əlini Həmzənin sinəsinə qoyub onun üçün dua etdi.
                       Səfiyyə  xanım  mətanət  və  qəhrəmanlığı  ilə  yanaşı
               şairəliyi ilə də tanınmışdır. Rəsuli Əkrəm (s.ə.a.s.) dünyadan
               köçdükdən sonra onun üçün söylədiyi mərsiyələr məşhurdur.
               Onlardan birinin məzmunu belədir.
   49   50   51   52   53   54   55   56   57   58   59