Page 53 - Islamic Studies 05
P. 53

Qadın və uğur (52

                      Qardaşını  yola  gətirə  bilməsə  də  oğlu  Zubeyr  ibni
               Əvvam bir islamçı kimi yetişdirməkdə Səfiyyə xanımın səyləri
               boşa  getmədi.  Bir  sıra  mənbələrdə  Zubeyr  Peyğəmbərin  hər
               zaman  yanında  olduğu  gostərilib  hətta  onun  Cənnət  əhli
               olmasını iddia edirlər. Lakin tarixə nəzər saldıqda  görürük ki ,
               Cəməl  müharibəsində  onun  Həzrət  Əliyə  (ə)  qarşı  olması  ,
               beyəti pozması ağır və bağışlanılmaz hallardandır.

                      Səfiyyə  xanım  heç  bir  zaman  Allah  rəsulu  və  Əhli-
               beytin yolundan dönmədi.  Müşriklərin zülmündən sonra  oğlu
               Zubeyr  ilə  birgə  Məkkədən  Mədinəyə  köçdü.  İslam  dini
               uğrunda malı və  canı  ilə hər zaman mübarizə apardı. O, İslam
               tarixində  hərbdə  olan  ilk  qadın  idi.  Həzrət  Muhəmməd
               (s.ə.a.s.) Uhud müharibəsində olan zaman qadın və uşaqları bir
               yerə  toplayıb  Mədinədə  təhlükəsiz  bir  ev  sayılan  Həsən  ibni
               Sabitin  evinə  apardı.  Bu  kişi  yaşlı  və  şikəst  olduğu  üçün
               müharibədə iştirak etmirdi. Səfiyyə xanım nəql edirdi :
                      -“  Mən  qadın  və  uşaqlardan  bir  dəstə  ilə  çadırda
               oturmuşdum.  Həsən də bizimlə idi. O gün döyüş uzun çəkdi.
               Bizimlə Allahın rəsulu arasında o qədər məsafə vardı ki , əgər
               düşmən  bizə  gecə  hücum  etsəydi  bizi  düşməndən  müdafiə
               etməyə  gələ  bilməzdilər.  Biz  xeymədə  olanda  yəhudi  kişi
               xeyməyə yaxınlaşdı. Həsənə dedim:
                      -“Bu kişinin bizi qətlə yetirəcəyini hiss edirəm , qalx və
               bu kişini burdan uzaqlaşdır.
                      Həsən ibni Sabit dedi :
                      -”Əbdülmütəllibin qızı, Allah bilir ki , mən onun yanına
               gedənə  qədər  qüvvətim  olsaydı  Allah  rəsuluna  Uhud
               döyüşündə kömək edərdim”.
                      Səfiyyə  xanım  Həsənin  bu  sözlərindən  sonra  cuşa
               gələrək ayağa qalxdı və qərara gəldi ki , düşmənin həmləsini
               özü dəf  etsin. Silahsız olmasına baxmayaraq bu barədə qərarı
               tez  verərək  xeymənin  sütununu  silah  kimi  əlinə  aldı  və
   48   49   50   51   52   53   54   55   56   57   58