Page 52 - Islamic Studies 05
P. 52
51) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
dünyaya gəlir. Oğullarının adı Zubeyr , Saib və Əbdülqədədir.
Bu uşaqların ən məhşuru Zubeyr ibni Əvvamdır.
Səfiyyə qardaşı oğlu Muhəmmədi (s.ə.a.s) çox istəyirdi.
Hələ uşaqlıqdan ona qayğı bəsləyirdi. Atasının yoxluğunu hiss
etdirməmək üçün əlindən gələn fədakarlığı edərdi.
Aradan uzun illər keçir , böyük sevgi göstərdiyi
Muhəmməd (s.ə.a.s) Allahın seçdiyi sonuncu nəbi olur və
İslam dinini əvvəl gündən gizli təbliğ etməyə başlayır.
Nəhayət Qurani –Kərimin Şura surəsinin 114,115-ci ayələrinin
hökmünə əsasən Peyğəmbər qohumlarını bir ünvana toplayır.
Ayədə belə deyilir:
-“Əvvəl ən yaxın qohumlarına tövsiyə et. Sənə inanan
möminlərə mərhəmət qanadını endir (onlarla yaxşı davran)” .
İslma dinini qohumlarına təbliğ etdikdən sonra Səfiyyə
xanım və oğlu Zubeyr İslam dinini qəbul etdilər və
Peyğəmbərə (s.ə.a.s) qoşuldular. Səfiyyə xanım çox çalışdı ki
, qardaşı Əbu Ləhəb də İslam dinini qəbul etsin. Lakin əmisi
Əbu Ləhəbin Muhəmmədə (s.ə.a.s.) olan kin-küdurəti həddini
aşmışdı. O, müsəlmanlara əzab verir , onların keçdikləri
yollara tikan səpir , hətta təhqirini belə açıq –aşkar etməkdən
çəkinmir, yeri gələndə zor tətbiq edirdi. Səfiyyə xanım hər
zaman Allah rəsulunu qorumağa çalışırdı. Bir gün eşitdi ki ,
Əbu Ləhəb onu narahat edir. Oraya gəldi və dedi:
-“Əbu Ləhəb! Qardaşım oğlunu və onun dinini
köməksiz köməksiz qoymaq sənə yaraşırmı ? Kitab əhlinin
alimləri Əbdülmütəllibin soyundan bir peyğəmbər dünyaya
gələcəyini bilmirdilərmi ? Bu sənin qardaşın oğludur .”
Onun yanıqlı sözləri Əbu Ləhəbə təsir etsə də o, qürur
və təəssübkeşliyindən dönmədi və bacısına belə söylədi :
-“Qadınların sözü həmişə kişilərə ayaq bağıdır.”
Bu sözlərdən sonra Səfiyyə xanım məyus halda oradan
ayrıldı.