Page 56 - Islamic Studies 05
P. 56

55) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

                      2.Zinnirə  xanım  bəni-Məxzun  tayfasından  idi  .  Əbu
               Cəhl  müsəlman olduğuna görə ona əziyyətlər versə də  onu
               əqidəsindən döndərə bilməyib.

                      3.Nəhdiyyə  bəni-Nəhd  tayfasının  kənizi  idi.  Nəhdiyyə
               İslamı qəbul  etdiyinə  görə  öz  xanımının işgəncələrinə  məruz
               qalsa da öz əqidəsindən dönməyib. Nəhdiyyə xanımın kəznizi

               olduğu xanım bəni-Əbuddar qəbiləsindən idi.

                         4.  Xənsa  bəni  –Səlim  tayfasından  idi.  Onun  təbliği
               nəticəsində  bütün  qəbiləsi  İslam  dinini  qəbul  etmişdi.  Bəzən
               Xənsa  özünün  şeir  və  şüarları  ilə  müsəlmanları  kafirlərin
               əleyhinə  qaldırardı.  Bütün  bu  etdikləri  ilə  kifayətlənməyən
               Xənsa  xanım  Qadisiyyə  döyüşündə  oğlanlarının  dördünü  də
               döyüş  meydanına  göndərmiş  və  dördü  də  bu  döyüşdə  şəhid
               olmuşdur.

                      5.Ümmü  Ziyad  Əşcəiyyə  Xeybər  döyüşündə  iştirak
               etmiş  beş  qadından  biridir.  Peyğəmbər  (s.ə.a.s.)  onların
               gəlişinin səbəbini soruşduqda onların cavabı belə olmuşdu:
                      -“Yaralılara tibbi yardım göstərməklə sizə kömək etmək
               istəyirik.”
                      Peyğəmbər  (s.ə.a.s.)  onların  qalıb  yardım  etmələrinə
               icazə vermişdi.
                      İslam  tarixinin  qəhrəman  xanımlarından  biri  də  Cabir
               ibn Həkimin qızı Qəziyyə kimi tanınan Ümmu Şərik Əsəd idi.
               O, Qureyş  tayfasının  bəni  Amir  qəbiləsindən  idi. İslamın  ilk
               dövrlərində müsəlman olan bu xanım , bütün bacarığı ilə dinin
               təbliği üçün çalışmışdı . O,gizlin və aşkarda insanları- xüsusən
               də xanımları İslama dəvət etdiyi üçün ağır işgəncələrə məruz
               qalıb. Hətta bir dəfə onu palansız dəvəyə mindirib üç gün ac-
               susuz  vəziyyətdə  saxlayıb  ,  sonra  isə  əl-ayağını  bağlayıb
   51   52   53   54   55   56   57   58   59   60   61