Page 55 - Islamic Studies 05
P. 55
Qadın və uğur (54
“Ey Allahın Rəsulu (s.ə.a.s.) , sən bizim ümid
dayağımızdın. Bizə qarşı daima yaxşılıq edərdin.
Allahın Rəsuluna (s.ə.a.s.) atam , anam ,öz nəfsim
fədadır. İnsanların Rəbbi səni bizə buraxsaydı xöşbəxt olardıq.
Amma Allaha can fədadır . Allahın salamı olsun sənə ya
Rəsulullah(s.ə.a.s.).
Bu xanım Peyğəmbərdən (s.ə.a.s.) sonra on il yaşadı .
Hicrətin iyirminci (Miladi 640) ilində 73 yaşında Ömər ibni
Xəttabın xilafəti zamanında vəfat etdi. Mədinədə ,Bəqi
məzarlığında dəfn olundu.
Təsadüfi deyildir ki , Əmmar Yasirin anası Süməyyə
xanımın düşmənlərin ən ağır işgəncələrinə dözərək
əqidısindən , ianmından dönməmiş , elə buna görə də
müşriklər tərəfindən amansızlıqla qətlə yetirilmişdi. Belə ki , o
, İslam dünyasının ilk şəhidi sayılır.
Peyğəmbərin (s.ə.a.s.) dövründə müharibələrdə
döyüşçülərə qulluq edən , onların qayğısına qalan müsəlman
qadınlar bundan əlavə hətta ən çətin anlarda da döyüş
meydanına atılaraq qəhrəmancasına vuruşmuşlar. Ümmü Amir
ləqəbli Nəsibənin Ühüd döyüşündə , Həmzənin bacısı Səfiyyə
xanımın Xəndək müharibəsində düşmənə qarşı vuruşaraq
göstərdiyi rəşadətlər üçün Peyğəmbərimizin (s.ə.a.s.) onlar
behişt vəd etməsi də buna misal ola bilər.
Mövzunun bu məqamında Səfiyyə xanımdan başqa bir
neçə qəhrəman xanımlar da vardır ki , onların adını çəkərək
həyatına qısa nəzərə salaq.
1. Lubəynə xanım bəni-Muməl tayfasının kənizi idi.
Ömər ibni Xəttab, İslamı qəbul etməmişdən əvvəl ona çox
işgəncə verərdi. Lakin bu qadın heç vaxt təslim olmayıb və
İslam dinindən dönməyib.