Page 101 - Islamic Studies 06
P. 101
Evlilikdə hədəf və ölçülər /100
7. Savadlı olmaq
Elm, bilik və savad insan üçün əsl kamillikdir, onların
insan xoşbəxtliyinə böyük təsiri var. Bundan əlavə elm
1
öyrənmək hər bir müsəlman kişi və qadına vacibdir. Bu
xüsusiyyət həyat yoldaşı seçimində də nəzərə alınır və həyat
yoldaşı üçün bir üstünlük sayılır; həyat yoldaşının vəzifələrini
inkişaf etdirmək, yerinə yetirmək, habelə uşaq tərbiyəsi üçün
lazımdır. Kifayət qədər elmi olan həyat yoldaşı ilə ortaq
məxrəcə gəlmək daha asandır. Belə bir həyat yoldaşı ailənin
maraqlarını daha yaxşı bilir və anlayır, uşaqların tərbiyəsində
daha bacarıqlıdır. Onunla ünsiyyət qurmaq olduqca zövq
vericidir.
Əlbəttə qeyd etmək lazımdır ki, həyat yoldaşı seçərkən
təhsil və savadlılıq təkbaşına üstünlük sayıla bilməz. Əksinə,
biliyin tətbiqi biliyin mahiyyətindən daha vacibdir. Üstəlik,
belə bir şəxsin iman və dindarlıq, ağıl və əxlaq, iffət və ailə
namusu kimi başqa keyfiyyətləri yoxdursa, ailənin indiki və
gələcəkdəki səmərəliliyinə zəmanət verə bilməz. Buna görə də
həyat yoldaşı seçimində bütün şəraitə tam diqqət yetirmək və
sonra evlənmək lazımdır.
1 Kuleyni, Usul əl-kafi, c. 1, fəzlul-ilm fəsli, h. 1, (م و لک ل ی ،ضیرف م علا ب ط).