Page 99 - Islamic Studies 06
P. 99

Evlilikdə hədəf və ölçülər /98

                   Buna  görə  də,  səmərəli  və  firavan  bir  ailə  qurmaq

               istəyənlər,  İslam  Peyğəmbərinin  (s)  qadağasına  tuş
               gəlməməkdən ötrü üzvləri bədnam, rəzil və alçaq olmayan bir
               ailədən  həyat  yoldaşını  seçmək  lazımdır.  Yenə  Həzrət  (s)

               buyurur:  “Ey  insanlar,  zibillikdə  bitən  bitkilərdən  çəkinin.
               Soruşuldu  ki,  zibililkdə  bitən  bitki  dedikdə  nəyi  nəzərdə
               tutursunuz?  Həzrət  cavab  verdi:  Bədnam  və  xar  ailədə

                                             1
               böyümüş gözəl bir qadın”.
                  6.  Xarici gözəllik, meyil və istək
                   Həyat yoldaşındakı gözəllik və cazibədarlıq gözardı edilə

               bilməyəcək həqiqi üstünlükdür. Bu xüsusiyyət evlilik bağının
               və davamlılığının vacib meyarlarından biridir. Kişi təbii olaraq

               gözəl  bir  qadınla  evlənmək  istər,  eyni  zamanda  qadın  da
               yaraşıqlı  və  çəkici  bir  kişi  ilə  ailə  qurmağı  arzu  edər.
               Gözəlliyin  cəlbediciliyi  və  çəkiciliyi  dini  mətnlərdə  lehinə
               çoxlu  dəlillərin  olduğu,  ona  qarşı  çıxılmadığı,  əksinə  təşviq

               edildiyi  təbii  bir  xüsusiyyətdir.  Allahın  Rəsulu  (s)  buyurur:
               “Yaxşı  insanlarda  yaxşılıq  axtar;  çünki  onların  əməlləri  və
                                                             2
               rəftarları  yaxşılığa  daha  çox  layiqdir”.   Bu  səbəbdən  İslam
               dini,  kişiyə  evlənmək  istədiyi  qadını  nigahdan  öncə  yaxşı
               görməsinə  və  bəyəndiyi  təqdirdə  ona  evlilik  təklifinə  icazə
               vermişdir.


                   “Kişinin evlənmək  istədiyi  qadınla  nigahında  şəri  maneə
               yoxdursa və qadının bu evliliyi qəbul edəcəyinə, habelə kişi


               1  Hürr Amuli, Vəsail əş-şiə, c. 14, s. 29, (  لو و الله  اسر لی لیو نودلا  ارضخ و مکلیا سلءلا لهیا
                ا لا تبءو ل ف  لء حلا ةارملا  لو ؟نودلا  ارضخ).
               2  Məclisi, Bihar əl-ənvar, c. 74, səh. 178, (  عاکی عا یرحا مهللعفا  علف هاجالا عل ح دءی ریخلا اب طا
                 ًلء ح).
   94   95   96   97   98   99   100   101   102   103   104