Page 100 - Islamic Studies 06
P. 100

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /99

               qadına  baxmaqla  yeni  bilgilər  alacağına  ehtimal  verirsə,  bu

               halda kişi o qadının üzünə baxa bilər. Bu şərtlər altında yalnız
               kişinin qadına baxması icazəlidir; hətta bir neçə dəfə olsa belə.
               Dahası belə bir baxış müstəhəb nigahdan sonrakı söz-söhbəti

               önləmək  üçün  də  lazımdır.  Bunun  üçün  qanın  icazəsi  tələb
               olunmur. Zahirə əsasən qadının saçına və bəzi digər yerlərinə
               baxmaq  eyni  şərtlər  altında  icazəlidir.  Qeyd  edilən  şərtlər

               altında qadının evlənmək istədiyi kişiyə baxması üçün bir yol
                     1
               var”.

                   Evlənmək  istəyi  və  marağı  yoxdursa,  bu,  ailə  təşkilinin
               əvvəlindən öz narazılığını biruzə verir. Bu səbəbdən evlənmək
               niyyətində  olan  şəxsin  maraq  və  istəyi  çox  önəmlidir,  hətta

               valideynlərin istəyi və rəyindən belə önə keçir.  Dini təlimlərin
                                                                    2
                                                                                     3
               bu psixoloji fenomeni, yəni evlilik astanasında kişi və qadının
               qarşı  tərəfə  emosional  meylini  xüsusi  vurğulaması,  evliliyin
               vacib  məqsədinə,  yəni  cütlüklər  arasında  əlaqə,  sevgi  və

               psixoloji  rahatlığın  yaranmasına  nail  olmaqdan  ötrüdür.  Bu
               səbəbdən  bir  meyar  olaraq  gözəlliyə  və  fiziki  cazibədarlığa
               diqqət  yetirmək,  hər  iki  tərəfin  bir-birinə  olan  meyl  və

               marağının  əsasını  təmin  edir  və  ər  -arvad  arasında  müsbət
               emosiyaların davam etməsinə zəmin yaradır.











               1  Behcət, 2004.
               2  Məclisi, Bihar əl-ənvar, c. 100, səh. 235, (کاابا یاجی لتلا عد و تیاه لتلا جوزت).
               3  Hürr Amuli, Vəsail əş-şiə, c. 14, s. 13, (بدا و لقی لجل علک و یاه لجیف کل علک لو یرااجلا ریخ).
   95   96   97   98   99   100   101   102   103   104   105