Page 104 - Islamic Studies 06
P. 104

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /103

                   İslam hədislərində vurğulanan iman, əxlaq, dini inanclar və

               təqvada  uyğunluqdan  əlavə,  digər  tələb  olunan  və  nisbi
               uyğunluqları da qeyd etmək olar.


                     Həmin  uyğunluqlar  bunlardır:  1.mədəni  və  intellektual
               həmrəylik və harmoniya, 2. təhsil səviyyəsində uyğunluq, 3.
               fiziki və cinsi bərabərlik, 4. estetik uyğunluq, 5. yaş nisbəti, 6.

               iqtisadi uyğunluq, 7. ailə münasibliyi, 8. siyasi uyğunluq, 9.
               sosial  uyğunluq,  10.  mental  və  psixoloji  koordinasiya,  11.
               həmrəylik  və  12.  zəka  və  emosiyalar  kimi  psixoloji

               məsələlərdə bənzərliklər.

                   Cütlüyün həmtay və bənzərliyinin böyük əhəmiyyəti olsa
               da, nisbi xüsusiyyət olduğunu nəzərdən qaçırmamaq lazımdır.

               Tay olmaq anlayışı nisbi həqiqətdir, yəni bir neçə səviyyəyə
               malikdir  və  iki  insanın  həmtaylığı  bütün  meyarları
               birləşdirdikdə  nəzərə  alınmalıdır.  Bir  kişi  həyat  yoldaşı

               ünvanında  seçdiyi  qadından  müəyyən  cəhətlərdən  üstün  ola
               bilər,  habelə  qadın  da  başqa  cəhətlərdən  ərindən  üstün  ola
               bilər.    Din  böyüklərinin  kəlamlarında  deyilir:    Həmtay  və

               layiqli bu mənadadır ki, şəxs iffətli və onunla yaşamaq rahat
                      1
               olsun.  Başqa yerdə İmam Rza (ə) buyurur: Ailə üzvlərimizi
               bizə həmtay, bərabər olan şəxslərə ərə vermək istəsəydik, ərsiz

                            2
               qalardılar...  Bütün bu hədislərdən aydın olur ki, evlilikdə öz
               tayını  tapmaq  nisbi  bir  şeydir,  hətta  bəzi  zaman  və  məkan
                                                               3
               şəraitlərində ondan imtina etmək lazımdır.


               1  Məclisi, Bihar əl-ənvar, c. 10, səh. 372, (رل  ی هدءی و ًلفیفی عاکی عَا افکلا).
               2  Məclisi, Bihar əl-ənvar, c. 75, səh. 367.
               3  Salarifər, 2006.
   99   100   101   102   103   104   105   106   107   108   109