Page 97 - Islamic Studies 06
P. 97
Evlilikdə hədəf və ölçülər /96
əxlaq imanın əsas təməllərindən və kamillik vasitələrindən biri
1
sayılmışdır. Pis əxlaq isə imanın zəifliyindən xəbər verir.
Qeyri-münasib əxlaq insanın iman keyfiyyətlərini də aşağı
salır, və eyni zamanda iman şərtinin yoxluğuna səbəb olur.
İslam Peyğəmbəri (ə) də imanı, dindarlığı və gözəl əxlaqı bir
araya gətirərək bu iki şərti olan biri ilə evlənməyə təkid
2
etmişdir: “Əxlaqı və dini bəyənilən bir insanla evlənin”.
Buna görə də, bir insan gözəl əxlaq keyfiyyətlərinə malik
deyilsə, ailənin səmərəliliyinə zəmanət verə bilməz, bu halda
ailə üzvləri kamal və tərəqqi yolunda zəif və qüsurlu olacaq və
nəticədə arzu olunan təkamülə və tərəqqiyə çata bilməyəcək.
Pis əxlaqın bariz nümunələri olaraq acı dillik, qısqanclıq,
bədgümanlıq, inadkarlıq, təkəbbürlük, qürur, yalan və tamaha
işarə etmək olar.
4. Fiziki və zehni sağlamlıq
Fiziki və zehni sağlamlığa sahib olmaq optimal həyat
yoldaşının vacib şərtlərindəndir. Əgər fərd sağalmaz fiziki
xəstəlikdən və ya ağır ruhi pozğunluqdan əziyyət çəkirsə, onun
həyat yoldaşı ünvanında seçilməsi doğru deyil; dərin və
sağalmaz fiziki və ya ruhi xəstəlik ömür boyu insanla yanaşı
olduğu üçün həyat yoldaşı və ana rolunu tam şəkildə yerinə
yetirməyə mane olur və ailənin səmərəliliyini ciddi şəkildə
pozur. Bu səbəbdən İslam hökmlərində bir çox fiziki və zehni
qüsurların olduğu təqdirdə evliliyi pozmağa icazə verilir. Əgər
1 Məclisi, Bihar əl-ənvar, c. 71, səh. 373, ( عا و ،ه ها عو هق خ ن ح و ... هولاسا لمک هیف ّنک نو عبرا
لًق خ مهء حا ًلنلمیا ن یءواملا لمکا).
2 Hürr Amuli, Vəsail əş-şiə, c. 14, s. 59, (هجوزف هءید و هق ُخ َعاضرت نو مکئلج اذا).