Page 98 - Islamic Studies 06
P. 98

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /97

               fərd aldadılarsa, yaxud nigahdan sonra aşkar edilərsə, heç bir

               öhdəliyi olmadan evliliyi birtərəfli poza bilər. Dini təlimlərdə
               müsəlmanlara  xəstə  və  dəlilərlə  evlənmək  qəti  qadağandır.
               Əmirəlmöminin  Əli  (ə)  bu  mövzuda  buyurur:  “Bir  axmaqla

               evlənməkdən çəkinin, çünki onunla yaşamaq bir fəlakətdir və
                                             1
               övladları  məhv  olacaq”.   Axmaq  həyat  yoldaşı  ailənin
               səmərəliliyinə  zəmanət  verə  bilməz  və  ailəni  təkamül  və

               tərəqqi yolundan çıxarar.

                  5.  Nəcabətli olmaq
                   Həyat  ortağı  seçərkən  ailə  nəcabətliliyi,  mötədilliyi  və

               şərəfi onun üçün bir imtiyazdır, habelə təkamül, yetkinlik və
               səmərəlilik  şərti  sayılır.  Bir  ailənin  övladı  eyni  ailənin  bir

               parçasıdır və eyni ağacın bir qoludur və bu nəcib və şərafətli
               ağacın kökündən qidalanmışdır.

                   Ailənin  bir  çox  davranış,  etik,  personal,  sosial  və  s.

               xüsusiyyətləri  irsiyyət,  tərbiyə  və  ətraf  mühit  yolu  ilə  uşağa
               keçmişdir  və  insanın  gələcək  həyatında  təsirli  olacaq.  İslam
               Peyğəmbəri  (s)  bu  xüsusda  buyurur:  Ləyaqətli  bir  ailədən
                                                                                  2
               arvad  alın,  çünki  nütfə  (sperma)  və  genlər  təsirlidirlər.   O
               həzrətin  başqa  bir  hədisinin  məzmunu  belədir:  Yaxşı  baxın,
               uşağınızın anası və ya atası olaraq kimləri seçirsiniz?  Çünki

               irsi xüsusiyyətlər gizli şəkildə ötürülür və övladlarınızda təsir
                      3
               qoyur.



               1  Hürr Amuli, Vəsail əş-şiə, c. 14, s. 56, ( لیض لهدلو و  لاب لهتبحص ّعلف  لقمحلا جیوزت و مکلّیا).
               2  Təbərsi, Məkarim əl-əxlaq, s. 198, (سلسد قرعلا ّعلف ،حللصلا رجحلا لف اجوزت).
               3  Əlaəddin Hindi, Kənz əl-ummal, c. 16, s. 295, (  قرعلا ّعلف ،کدلو عءصت  لش    ّ یا لف رظنا
               س لسد).
   93   94   95   96   97   98   99   100   101   102   103