Page 109 - Islamic Studies 06
P. 109

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /108

               Giriş
                   Allah insanı kamil, şüurlu, nitq qabiliyyətinə malik olaraq
               yaradib. Bu yaradılış da insanı digər canlılardan üstün və fərqli
               edib. İlk insan Adəm peyğəmbər (s) olub. Allah insana rahat
               və  nöqsansız  bir  həyat  tərzini  bəxş  etsə  də,  dünyaya  hələ
               insandan öncə gələn, 1000 ilini Allaha ibadətlə keçirən, lakin
               təkəbbürü  ucbatından  insana  (torpaqdan  yaradılan  varlığa)

               səcdə etməkdən boyun qaçıran şeytanın sayəsində harama əl
               uzadaraq  cənnətdən  qovulmuş,  məsuliyyət  və  çətinlik  ilə
               əhatəli  yer  üzünə  göndərilmişdir.  Peşmançılıq  və  məyusluq
               duyğusu  ilə  Adəm  peyğəmbər  Allah  qarşısında  öz  günahını
               dərk edərək tövbə etmiş, tövbəsi qəbul olaraq bağışlanmışdır.
               Adəm  ilk  peyğəmbər  olmuş,  yer  üzündə  var  olan  bütün
               məxluqata  Allahın  tək  və  bir  olduğunu,  ondan    başqa  ilah
               olmadığını tanıtmaq üçün göndərilmişdir. Ümumiyyətlə Allah
               Rəsulunun  (elçisinin)  əsas  vəzifəsi  insanlara  haqq  və  kamil
               olan yeganə və əzəli olan Allahı tanıtmaq, insanları doğru yola
               dəvət etmək, ona ibadət və itaət etməyə səsləməkdir. Lakin o
               ilk insan olaraq şeytana da ilk uyan biri olmuş, təəssüflər olsun
               ki, şeytanın ilk toxumlarını nəfs vasitəsilə yer üzünə səpmişdir.
               Bildiyimiz  kimi,  Adəm  peyğəmbərdən  sonra  da  minlərlə
               peyğəmbər  gələrək  öz  dövründə  yaşayan  insanları  hidayət
               olmağa dəvət etmiş, tək və yenilməz qüdrət sahibi olan Allahı
               tanıtmış,  onları  günah  və  çirkin  işlərdən  uzaq  durmağa
               səsləmişdir. Lakin, insanların bir çoxu aldadıcı  nəfsi və iradə
               zəiflyi  sayəsində  şeytana  asanlıqla  aldanmış  Allahın  yerinə
               ibadət  amili  olaraq  dəyərsiz  və  zəif  varlıqları  ,  o  cümlədən
               bütləri, əqli və şüuru olmayan yaradana və insana möhtac olan
               heyvanları,  göy  cisimlərini  (ayı,  günəşi,  işığı  və  s.),  Allahın
               yaratdığı və ölümə məhkum olan insanı Allah olaraq tanımış
               və  ona  ibadət  etmişdir.  Əlbəttə  ki,  düşüncə  tərzi  düzgün
               formalaşan və haqqdan gələn dəvətə müsbət cavab verənlər isə
   104   105   106   107   108   109   110   111   112   113   114