Page 108 - Islamic Studies 06
P. 108

Övlad tərbiyəsində valideynlərin rolu

                      İlahə Kərimova

               Abstrakt
                   Bir qadın ailə qurmaq istədiyi  insanın ilk öncə ailəsinə,
               haradan  gəldiyinə,  nə  işlə  məşğul  olduğuna,  hansı  yolla
               dolanışığını təmin etdiyinə, dini inancına , danışıq tərzinə və
               davranışına  diqqət  yetirməli,  əgər  normal  dəyərlərə  malik
               olarsa ailə qurmalıdır. Kor-koranə yalnız duyğularına aldanıb
               araşdırmadan,  xasiyyət  və  əxlaqına  yaxşı  bdüşələd  olmadan
               biri  ilə  ailə  qurmaq  məyusluğa,  peşmançılığa  və  əxlaqi
               normalara cavab verməyən nəslin artırılmasına gətirib çıxarır.
               Dünyaya        bir    övlad      gətirməyə      hazırlaşan      qadın,
               qidalanmasından  tutmuş,  həyat  tərzinə  kimi  hər  şeyə  diqqət
               yetirməlidir. Necə deyərlər, südü halal olanın özü də harama əl

               uzatmaz.  Yəni  bir  bağa  əkilən  toxum  pak  və  halal  olarsa,
               verəcəyi  məhsul  da  keyfiyyətli  və  dəyərli  olar.  Halal
               qidalanan, ibadətini vaxtında və düzgün yerinə yetirən, səbrlə
               və  şükür  edərək  hamiləliliyini  başa  çatdıran  ana  namizədi
               mütləq gözəl, əxlaqlı və sağlam övlada sahib olacaq. Əlbəttə,
               bütün bunlarla yanaşı bir az öncə qeyd etdiyim kimi genetik
               faktorların  da  təsiri  böyükdür.  Lakin,  Allah  mərhəmətli,  hər
               şeyi bilən, hər gözəl əməli dəyərləndirən, qüdrət sahibidir. O,
               ol desə hər şey olur.
                   Açar  kəlmələr:  İslam,  ailə,  valideyn,  ana,  ata,  övlad,
               hüquq, tərbiyə
   103   104   105   106   107   108   109   110   111   112   113