Page 139 - Islamic Studies 06
P. 139

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /138

               Nəticə:
                   Hədislərdə də deyildiyi kimi, "nə qədər ki, müxaliflər və
               əcnəbilər  övladlarınızı  yollarından  azdırmayıb,  onlara  İslami
               məsələləri öyrədin."
                   Uşaqlıq  çağlarında  övladın  şuluq  və  şıltaq  olması
               böyüyəndə onun səbirli və bilikli olacağının əlamətidir. Uşaqla
               kobut rəftar etmək və ağır işləri uşağa tapşırmaq düzgün deyil.

               Hər  vaxt  övladına  bir  şey  vədə  verdin,  ona  əməl  etməlisən.
               Bunları da İmam Sadiq buyurur.
                   Həmişə  uşağı  mehribanlıqla  öpmək  savab  işlərdəndir.
               Rəvayətdə nəql olunub ki, hər kəs öz övladını əzizləyib öpərsə,
               Allah  ona  savab  yazar.  Övladını  sevindir,  ki  Qiyamət  günü
               Allah-təala  səni  sevindirsin.  Uşaqla  uşaqlar  kimi  oyna.  Heç
               vaxt  övladlar  arasında  fərq  qoymayın.  Yalnız  o  vaxt  bu  işi
               evdə  edə  bilərsiniz  ki,  o  uşaq  elmi,  əməli  və  əxlaqi  ilə
               fərqlənsin. Imam  Sadiq  (ə)  buyurur:  "Elə  ki, uşaq  üç  yaşına
               çatdı, ona yeddi dəfə " La ilahə illəllah" kəlməsini öyrədərlər.
               Uşağın  üç  yaş  yeddi  ay  iyirmi  günlüyündə  ona  yeddi  dəfə
               "Muhəmmədin Rəsulullah"  deməyi  təlim verərlər. Dörd  yaşı
               tamam olanda isə ona yeddi dəfə "Səlləllahu əla Muhəmmədin
               və alihi" kəlməsini öyrətmək lazımdır. Beş yaşı tamam olanda
               onu  Allaha  səcdə  etməyə  vadar  edərlər.  Altı  yaşı  tamam
               olanda  ona  namaz  öyrədib  namaza  vadar  edərlər.  Yeddi
               yaşında ona dəstəmaz almaq və namaz qılmağı təlim edərlər.
               Doqquz  yaşında  isə  bunların  hamısını  ona  kamil  şəkildə
               öyrətmək lazımdır. Əgər görsən dəstəmaz və namazı tərk edir,
               onu  orta  səviyyədə  cəzalandırmaq  lazımdır.  O,  bu  işləri
               öyrənsə Allah-təala onun ata və anasını bağışlar." (Məkarimül-
               əxlaq. 1-ci cild, səh.447)
                   Əgər uşağın əl və üzü yatmazdan qabaq çirkli olarsa, onu
               yumalısan, çünki şeytan yuxu əsnasında onları iyləyib qorxuda
               bilər, əməlləri yazan mələklər də əziyyət çəkərlər.
   134   135   136   137   138   139   140   141   142   143   144