Page 135 - Islamic Studies 06
P. 135

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /134

                   Adların  insanın  taleyinə,  həyatına,  onun  aqibətinin  necə
               olacağına tam bir şəkildə heç bir təsiri olmasa da, övladların
               gözəl  adlarla  adlandırmaq  onların  üzərimizdə                  olan
               haqqlarından  biridir.  Peyğəmbər  (Allahın  ona  salavat  və
               salamı olsun) buyurmuşdur: “Uşağa gözəl ad vermək, dinini
               öyrətmək  və  vaxtı  gələndə  evləndirmək,  övladın  atası
               üzərindəki  haqlarındandır”  (Əbu  Nuaym).  Həmçinin  bir

               hədisində Allah Rəsulu (Allahın ona salavat və salamı olsun)
               uşaqlarımıza gözəl adlar verməyi bizə tövsiyyə edir:
                   “Qiyamət günündə atalarınızın adı ilə çağırılacaqsınız. Bu
               baxımdan  uşaqlarınıza  gözəl  adlar  qoymağınız  məsləhətdir”
               (Əbu Davud, Ədəb, 61; İbn Hənbəl, V, 194).
   130   131   132   133   134   135   136   137   138   139   140