Page 137 - Islamic Studies 06
P. 137
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /136
Rəsulu (Allahın ona salavat və salamı olsun) soruşdu: “Ona nə
vermək istəyirsən ki? Anam dedi: “Xurma.” O (Allahın ona
salavat və salamı olsun), dedi: “Əgər ona bir şey vermək
niyyətin olmasa idi, bu əməlin sənin əleyhinə bir yalan kimi
yazılacaq idi” (Əhməd, Əbi Davud rəvayət etmişdir).
Bəzən özümüz də bunun fərqinə varmadan səbəbli-
səbəbsiz uşaqlarımızı hər şeydə qınayır, hər xırda məsələ
ucbatından onlara irad tutur, yerli-yersiz danlayırıq. Bu cür
davranışımızın nəticəsi olaraq övladlarımız çoxsayslı
komplekslərdən əziyyət çəkə, özünəinam hissləri zəifləyə
bilər. Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki,
Rəsulullaha (Allahın ona salavat və salamı olsun) 10 il xidmət
etdim. Bir dəfə də olsun mənə “uf” demədi, üstümə
qışqırmadı. Etdiyim bir işdən ötrü “nə üçün onu etdin”,
etmədiyim bir işdən ötrü də “nə üçün bu işi etmədin” deyə
demədi (Başqa rəvayətdə: Əgər xanımlarından biri məni
qınamış olsaydı ona: “Onu buraxın. Çünkü nə təqdir edilmişsə
o, da olur” deyərdi” (Buxari, Müslim, Əbu Davud,Beyhəqi).
Ailə kiçik bir cəmiyyətdir. Bu kiçik cəmiyyətin kiçik
üzvləri arasında bərabərliyə riayət etmək, onların qəlbində
paxıllıq və qısqanclıq kimi hisslərin meydana gəlməsinin
qarşısını alar. Haqqları qorunmuş uşaq başqalarının haqqını
qoruyar, paylaşmağı və yardımlaşmağı sevər.
Peyğəmbərin (Allahın ona salavat və salamı olsun)
səhabələrindən olan Numan ibn Bəşir deyir ki, “Atam öz
malının bir hissəsini mənə bağışladı. Anam Amrə bint Rəvahə
isə dedi: Sən bu işdə Peyğəmbərdən (Allahın ona salavat və
salamı olsun) məsləhət almasan mən razılıq verən deyiləm!
Atam mənə verdiyi sədəqəyə Peyğəmbəri (Ona və ailəsinə
Allahın salavatı və salamı olsun) şahid tutmaq üçün onun
yanına getdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun)
ona dedi: “Sən bütün övladlarına belə hədiyyə etmisənmi?”