Page 136 - Islamic Studies 06
P. 136

Vəhyin mahiyyəti / 135

               Uşaqlara sevgi
                   Uşaqların  mayası  sevgi  ilə  yoğrulmalı  və  onlar  sevgi  və
               hörmət  dolu  bir  mühitdə  tərbiyə  edilməlidirlər.  Bu,  onların
               qəlbinin yumşaq qalmasına, cəmiyyətin digər üzvlərinə qarşı
               da hörmət və sevgi ilə yanaşmalarına və böyüdükdə bunu öz
               övladlarına da təlqin etmələrinə səbəb olar. Hörmət edilməyən
               uşaqdan  hörmət,  sevgi  göstərilməyən  uşaqdan  da  sevgi

               gözləmək  qəlizdir.  Sevgi,  mərhəmət  və  şəfqət  dini  olan
               İslamda övlada sevgi rəhmətdən sayılır. Əbu Hureyra (Allah
               ondan  razı  olsun)  rəvayət  edir  ki,  Peyğəmbər  (Allahın  ona
               salavat  və  salamı  olsun)  Həsən  ibn  Əlini  (Allah  ondan  razı
               olsun) öpdü. Bu vaxt Əqra ibn Habis (Allah ondan razı olsun)
               onun  yanında  otur¬muş¬du.  Əqra  (Allah  ondan  razı  olsun)
               dedi:  “Mənim  on  övladım  var,  onlardan  heç  birini
               öp¬məmişəm”.  Peyğəmbər  (Allahın  ona  salavat  və  salamı
               olsun)  ona  baxıb  dedi:  “Rəhm  etməyən  kimsəyə  rəhm
               edilməz”.
                   Səhih  mənbələrə  görə,  Muhamməd  Peyğəmbər  (Allahın
               ona  salavat  və  salamı  olsun)  uşaqların  əlindən  tutduqda,
               uşaqlar özləri onun əlini buraxmadıqca onların əlini buraxmaz
                   Yalan danışmaq islamda böyük günahlardan sayılır. Bəzi
               valideynlər uşaqlarını yola gətirmək üçün müxtəlif üsullara, o
               cümlədən  yalana  əl  atır  və  bunu  “günahsız”  yalan  hesab
               edirlər.  Lakin,  kiçik  yaşlardan  uşaqları  aldatmaq  və  onlara
               yalanı təlqin etmək onların yalançı və riyakar olmasına gətirib
               çıxara  bilər.  Çünki,  övlad  üçün  ən  gözəl  nümunə
               valideynlərdir. Uşaq evin aynası olduğu üçün, yalanları da əks
               etdirir. Abdullah ibn Amrın (Allah ondan razı olsun) rəvayət
               etdiyi  bir  hədisdə  deyilir:  “Hələ  mən  uşaq  ikən  Peyğəmbər
               (Allahın ona salavat və salamı olsun) bizim evimizə gəlmişdi.
               Mən  bayırda  oynayırdım  və  anam  məni  səsləyərək  “Ay
               Abdullah,  bura  gəl  sənə  bir  şey  verəcəm”  –  dedi.  Allahın
   131   132   133   134   135   136   137   138   139   140   141