Page 138 - Islamic Studies 06
P. 138
Vəhyin mahiyyəti / 137
Atam dedi: Xeyr. O dedi: “Allahdan qorxun və övladlarınız
arasında ədalətli (mövqedə) olun”. Atam qayıdıb həmin
sədəqəni geri götürdü. Digər rəvayətdə isə onun belə cavab
verdiyi deyilir: “Elə isə məni bu işdə şahid tutma. Çünki mən
haqsızlığa şahidlik etmirəm”. Digər rəvayətdə isə belə cavab
verdiyi nəql olunur: “Sən istərdinmi ki, onlar sənə qarşı xoş
münasibətdə bərabər olsunlar?” Atam dedi: Bəli. O dedi: “Elə
isə belə etmə” (Buxari, Müslim, Əbu Davud). Bu məqalədə,
insan əxlaqını kamilliyə doğru aparan İslam dinində tərbiyə
mövzusunda mövcud olan çoxsaylı ibrətlərdən sadəcə bəziləri
qeyd olunub. Uca Allah bizə əməlisaleh, əxlaqlı övladlar
yetişdirməyi nəsib etsin! İmam Sadiq (ə) buyurur: Uşaqlar
dərketmə həddinə çatan kimi onlara hədislər öyrət. Həzrəti Əli
(ə)-ın məhəbbətini onların qəlbinə salmaq, onlara Quran
öyrətmək, onlarla ədəb-ərkanla rəftar etmək və onları yaxşı
adlarla çağırmaq lazımdır. (Kafi, 6-cı cild, səh.47)