Page 134 - Islamic Studies 06
P. 134

Vəhyin mahiyyəti / 133

               Bildiyimiz  kimi  ərəblər  öz  dövründə  qız  uşaqlarını  dünyaya
               gələr-gəlməz  diri-diri  torpağa  gömərdilər.  Məhəmməd
               Peyğəmbərimiz(s.ə.s)  onların  bu  insanlıqdan  kənar  adət-
               ənənələrini aradan qaldırmağa başladı. Ona görə də, bu gözəl
               kəlamı dilə gətirdi ki, bəlkə insanlar öyüd nəsihət ala. Qadın
               anadır,  analar  səbəbkardır  nəsillərin  çoxalmasına.  Qadın
               evdardır,  ev  işlərinin  həyat  yoldaşları  işdə  olarkən  görən,

               övladlarının  təlim-tərbiyəsi  ilə  məşğul  olan  odur, isti  yemək
               hazırlayıb süfrəyə gətirən, evinin uşaqlarının təmizliyini təmin
               edən, həyat yoldaşının istirahət etməsi üçün xidmət göstərən
               odur.  Bütün  çətinliklərə  baxmayaraq  övladını  9  ay  bətnində
               səbr və sevgiylə daşıyan, böyük əzabla (doğuş ağrısı) dünyaya
               gətirən  odur.  Bu  gözəl  müqəddəs  vəzifələri  yerinə  yetirən
               qadını  yaradan  Allahdır.  Allahın  yaratdığına  sırf  cinsiyyət
               ayrı-seçkiliyinə  görə        zərər    vurmaq      isə    ən    böyük
               günahlardandır.
                   Namaz  qılarkən  onu  uzatmaq  istəyirəm;lakin  kiçik  bir
               uşağın ağlamasını eşidəndə namazımı uzatmıram,çünki  onun
               ağlar  səsini  eşidən  ananın  nə  hala  düşdüyünü  yaxşı  bilirəm
               (Hz.Muhəmməd s.ə.v.)

               Ailədə ana prinsiplər
                   Halal ruzi
                   Dinimizdə təmiz nəsillər yetişdirə bilmək üçün öhdəmizə
               düşən  vəzifələrdən  biri  də  halal  ruzidir.  Müsəlman  bir  kəs
               özünü  haram  loxmadan  qorumalı  olduğu  kimi,  ailəsinin  də
               halal dolanışığını təmin etməli, həyat yoldaşı və övladlarının
               boğazından haram tikə keçməsinə imkan verməməli, bir sözlə
               onları qidalandırdığı ruzinin halal olmasına diqqət yetirməlidir.
               Haram  yeyib-içən  ananın  südi  ilə  qidalanan  uşaq  gələcəkdə
               harama, xəbis əməllərə yol verə bilər.
                   Gözəl ad
   129   130   131   132   133   134   135   136   137   138   139