Page 198 - Islamic Studies 06
P. 198

İslamın yayıldığı ilkin çağlar / 197

                   Bu ayələrdən “müxlis” sözünün mahiyyəti müəyyən olur.
               Bu söz sədaqət məktəbinin öncüllərini, hətta (dəryada tufana
               uğradıqları  zaman  ümidləri  hər  yerdən  üzülüb  Allahı  saf
               niyyətlə,     ixlasla     çağıran)     bütpərəst     müşriklər      və
               dünyapərəstləri  də  əhatə  edir,  halbuki  onlar  az  keçməmiş,
               sahilə  çatdıqdan  sonra  Allahı  yaddan  çıxarıb  ikinci  dəfə
               müşrik  olurlar.  Təbii  ki,  yolun  ilkin  mərhələsində  olanlar

               şeytani vəsvəsə və nəfsani həvəslər qarşısında acizdirlər. Bu
               təhlükələr  qarşısında  möhkəm  durub  özlərini  günahdan
               qoruyanlar  isə  çoxdurlar.  Amma  müxləslər  (saflaşmışlar)
               ixlasın  ilkin  mərhələlərini  uğurla  başa  vuranlardır.  Onlar
               günahsızlıq məqamına nail olaraq şeytan və nəfsi əmmarənin
               (pisliklərə  sövq  edən  nəfs)  hökmranlığından  qurtulmuş  və
               Allah  hökmranlığına  daxil  olmuşlar.  Yusif  peyğəmbər  də
               belələrindən  idi,  çünki  Yusif  o  çətin  və  çıxılmaz  böhranlı
               hallarda dağ kimi dayanaraq çətinliklərə sinə gərdi. O qadın
               (Zuleyxa)  Yusifdən  kam  almaq  üçün  nə  qədər  çalışdısa  da,
               yenə  Yusif  ona:  “Allaha  pənah  aparıram,”-deyə  rədd  cavabı
               verdi. Qətiyyətlə onun qanunsuz istəyini rədd edərək qadının
               şərindən  özünü  qurtarmaq  üçün  qapıya  tərəf  yüyürdü.  Bağlı
               qapı Yusifin üzünə açıldı, Allah ondan öz qeybi yardımlarını
               əsirgəmədi.

                   Şübhəsiz,  nəfsi  saflaşdırmanın  bu  mərhələsinə  çatmaq
               üçün ilahi yardımlardan əlavə ehtiras və şəhvətlə də (həvayi-
               nəfslə) möhkəm mübarizə lazımdır. Öz daxili istəklərinə göz
               yuma bilməyib istədiyini edən şəxs heç vaxt bu məqama yetişə
               bilməz.


                   Bir sözlə, yalnız Allah istəyini öz istəyindən üstün tutub
               başında başqa fikirlər dolandırmayan qəlb belə ali dərəcələrə
               yetişərək nurani ola bilər.
   193   194   195   196   197   198   199   200   201   202   203