Page 197 - Islamic Studies 06
P. 197

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 196


                   “(Kafirləri)  ətrafına  kölgə  salan  uca  dağlar  (yaxud  qara
               buludlar)  kimi  dalğalar  bürüdüyü  zaman  onlar  dini  (ibadəti)
               Allaha  məxsus  edərək  yalnız  Ona  dua  edərlər.  Allah  onları
               sağ-salamat  quruya  çıxartdıqda  içərilərindən  bəziləri  (küfrlə
               iman  arasında)  orta  mövqe  tutar.  (Bəziləri  isə  öz  küfründə
               qalar). Ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar!”
               («Loğman» - 32).

                   “Sizi  suda  və  quruda  gəzdirən  Odur.  Siz  gəmidə
               olduğunuz,  gəmilər  gözəl  bir  külək  vasitəsilə  içərisində
               olanları  apardığı,  onlar  da  sevindikləri  vaxt  birdən  fırtına
               qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə
               və sərnişinlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini)
               başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq ona belə
               dua  edərlər:  «Əgər  bizi  bu  təhlükədən  qurtarsan,  Sənə  şükr
               edənlərdən olarıq!» Onları xilas edincə yer üzündə haqsız yerə
               zülm etməyə, azğınlığa başlayarlar! Etdiyiniz zülm, haqsızlıq
               fani  dünya  malı  kimi  öz  əleyhinizədir.  Sonra  hüzurumuza
               qayıdacaqsınız. Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”
               («Yunus» - 22,23).
   192   193   194   195   196   197   198   199   200   201   202