Page 196 - Islamic Studies 06
P. 196
İslamın yayıldığı ilkin çağlar / 195
Müxləs (saflaşmış) bəndələr
Allah-təala saleh bəndələri saf niyyətlərinə görə tərifləyir.
Məsələn, Yusif peyğəmbəri(ə) tərifləyərkən onu “müxləs”
(saflaşmış)- deyə yad edir:
“Doğrudan da, (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin
dəlilini görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və
biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik.
Çünki o, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir.”
(«Yusif» - 24).
Həzrət Musa(ə) barədə buyurur:
“(Ya Mühəmməd!) Kitabda (Quranda) Musanı da yad et!
Həqiqətən, o (öz ibadətində) çox səmimi idi. O bir elçi, bir
peyğəmbər idi.” («Məryəm» - 51).
Diqqətəlayiq məsələ
Müxləs feli sifət olub “saflaşdırılmış” mənasını ifadə edir.
Allah-təala bu iki peyğəmbəri (Musa və Yüsif) vəsf edərkən
onları “müxləs” adlandırır. “Müxləs” sözü ilə “müxlis” sözü
arasında böyük fərq vardır. «Müxlis» sözü ötəri sədaqəti olan
adama da deyilir. Məsələn, dəniz tufanında hər şeydən əli
üzülmüş adamlar Allahı ixlasla köməyə çağıraraq imdad
diləyirlər:
“(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada
batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus
edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat
quruya çıxaran kimi yenə də (Ona) şərik qoşarlar.”
(«Ənkəbut» - 65).