Page 194 - Islamic Studies 06
P. 194

İslamın yayıldığı ilkin çağlar / 193

                   Xırdaçılıq  etmək,  səhvi  üzə  vurmaq,  qüsurlardan
               keçməmək,  Əlinin  (ə)  buyruğuna  görə,  əxlaqa  zidd  olan,
               həyatın şirinliyini pozan xüsusiyyətlərdəndir.(Həmin mənbəə)
                   Əfv və  keçəcək, bundan  daha yüksək  özünü  unutqanlığa
               vurmaq      qadın     və     kişi   üçün     zəruri     olan    əxlaqi
               keyfiyyətlərdəndir.  İnsan  yalnız  bu  növ  əxlaqi  və  insani
               dəyərlər sayəsində tam aram, şirin bir həyat sürə bilər.

                   Əfv,  özünü  bilməməzliyə,  unutqanlığa  vurmaq  qəzəbi
               udmağın  şirin  meyvəsi,  qəzəbi  udmaq  isti  kürədən  can
               qurtarmaq kimi bir şeydir.
                   Qəzəb və ardı-arası kəsilməyən dedi-qodular qeyri-insani
               keyfiyyət olaraq Haqqın nifrətinə səbəb olur. Bu xüsusiyyətin
               çirkinliyi haqqında bir rəvayət qeyd olunmuşdur. Bir kişi acı
               bir  tərzdə  imam  Hüseynə  (ə)  dedi:  «Gəl,  din  mövzusunda
               mübahisə  edək».  İmam  (ə)  buyurdu:  «Mən  dinim  haqqında
               kifayət qədər məlumata malikəm. Allahın məni hidayət etməsi
               mənə gün kimi aydındır. Əgər sənin bu mövzuda cahilsənsə,
               get, cəhlinə bir əlac et…Şeytanın insanı günaha salması üçün
               bir vəsvəsəsi olan mübahisə ilə mənim nə işim var?!».("Bihar"
               c.2,  səh.135)  Mübahisə  haqqı  sübuta  yetirmək  üçün  olarsa,
               gözəl  mübahisənin  nümunələrindəndir.  Bu  növ  mübahisənin
               heç bir eybi yoxdur. O, elmin inkişafı üçün də çox faydalıdır.
               Lakin  mübahisə  söz  dava-dalaşı,  ağıla  müvafiq  olmayan
               məqsədlər  üçün  həyata  keçirilərsə,  şübhəsiz  ki,  haram  və
               günahdır.
                   Həzrət  Rza  (ə)  Əbdül  Əzim  Həsəniyə  buyurur:
               «Dostlarıma  məndən  salam  de.  Onlara  de  ki,  şeytana  sizə
               vəsvəsə  etməyə  yol  verməyin.  Onlara  düz  danışmağı,
               əmanətdarlığı,  sakitliyi,  yersiz  və  heç  bir  faydası  olmayan
               mübahisədən uzaq durmağı tapşır».("Bihar" c.74, səh.230)
   189   190   191   192   193   194   195   196   197   198   199