Page 193 - Islamic Studies 06
P. 193
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 192
zaman insan özünü ilahi müqəddərata təslim etməli və hətta
ilahi qəzavü-qədərlə razılaşmağı öyrənməlidir. Bununla da,
həyat ona ağır gəlməz və rahat-asudə yaşayışın ləzzətini dada
bilər: "Ən səfalı həyat, Allahın qismət etdiyinə razı olub,
sevinən şəxsə nəsib olar."
Deməli, ailə üzvlərinin müştərək vəzifələrindən biri də,
Allahın onlara nəsib etdiyi ruziyə və müqəddərata razı
olmaqdır. Çünki insan Tanrının ona qismət etdiyi ruziyə razı
olsa və bunu dözülməz bir hal kimi ortaya qoymasa, bütün
problemlər, həyatın eniş-yoxuşları ona çətin gəlməyəcəkdir.
Bu hədislər ailəyə ehsan edilməsinin əhəmiyyətini göstərir.
Ev sahibi–kişi gərək ailə üzvlərinin rifahını imkan daxilində
yüksəltsin. Bu barədə səhlənkarlıq və ya etinasızlıq edərsə,
şübhəsiz ki, sorğu-suala tutulacaqdır. Allah taala səxavətli
kişilərə çoxlu savab mərhəmət edəcək, paxıl kişiləri isə cəza
verəcəkdir.
Olduqca gözəl xüsusiyyətlərdən biri də xalq arasında çox
az təsadüf olunan özünü untqanlığa vurmaqdır.
Digərlərinin təqsirini, eyibini müşahidə etdikdə özünü,
qarşı tərəfin sənin müşahidə etmədiyindən arxayın olacağı
şəkildə unutqanlığa vurmaq insani keyfiyyətlərdəndir.
İnsanın öz həyat yoldaşının hər hansısa bir qüsurunu
gördükdə, özünü bilərəkdən unutqanlığa vurması onun
əxlaqının, insanlıq və böyüklüyünün son həddidir.
Əli (ə) buyurur: «Aqilin vücudunun yarısı səbir və dözüm,
yarısı isə özünü unutqanlığa (görməməzliyə)
vurmasıdır»;("Mizanül-hikmə" c.7, səh.268) «İnsanın ən gözəl
əxlaqı özünü bildiyi şey haqqında unutqanlığa (bilməməzliyə)
vurmasıdır»;(Həmin mənbəə)«Özünü bilməməzliyə vurmaq
kimi bir ağıllılıq, unutqanlığa vurmaq kimi bir dözümlülük
yoxdur».(Həmin mənbəə)