Page 195 - Islamic Studies 06
P. 195
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 194
Nəticə
İxlas bütün ibadətlərin ümumi şərtlərindəndir. Fəqihlər onu
əməlin düzgünlüyü, həkimlər ruhun qidası, ariflər isə vüsala
yetişməyin şərti hesab etmişlər. Əməl ilahi və səmavi rəngə
boyanmayınca ucalmayıb məşuqun vüsalına yetişmək olmaz.
Riyaya boyanmış əməllərin Allah və ülvi aləmlə heç bir
əlaqəsi olmadığından bəndə və Yaradan arasında vasitə ola
bilməz.
«Quran» və ixlas (saf niyyət)
«Qurani-Məcid»də bu barədə buyurulur:
“Allaha saf niyyətlə (riyasız, şirksiz) ibadət etməkdən
başqa onlara heç nə buyurulmamışdır...” («Bəyyinə» - 5).
“...... Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı
iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın.”
(«Kəhf» - 110).
Ayənin son hissəsi saleh əməlin şirk və riya ilə qarışıq
olmamasına işarədir. Demək, Allaha ibadət edərkən
başqalarını da ona şərik etsək, ixlas yox olaraq ibadətin yalnız
zahiri görkəmi qalar. Əməl isə öz mahiyyətini itirdikdə,
nəticədə, insana bir faydası olmaz. Necə ki bu ayənin
nazilolma səbəbi haqda oxuyuruq:
Bir şəxs Peyğəmbər(s)-in hüzuruna gəlib dedi: «Ey Allahın
Rəsulu! Mən Allah yolunda ehsan verib yaxın qohum-
əqrabalarımı başa çıxıram, amma camaat mənim bu əməllərimi
danışıb tərifləyəndə çox xoşhal oluram. Mənim bu əməllərimin
dərəcəsi nədir?» Peyğəmbər(s) heç bir söz deməyib dinmədi.
Nəhayət, bu ayə («Kəhf» - 110) nazil oldu.