Page 230 - Islamic Studies 06
P. 230

Nəhcül-bəlağədə vəhdət prinsipi / 229

               müqəddəs  kitabın  ayələri  bir-birini  təsdiq  edir  və  bir-birinə
               bənzəyirlər.
                   5. “Quran”  sözü  əslində “qərənə” (عراو) kökündən olub,
               “dəlalət”  və  “işarə”  mənasını  daşıyır.  Çünki  bu  müqəddəs
               kitab  bütün  insanların  səadət  və  hidayəti  üçün  dəlil  və  işarə
               sayılır.
                      Qeyd:  Yuxarıdakı  mənalardan  daha  çox  birinci  məna

               məqsədə  uyğundur.  Deməli,  “Quran”  sözü  müqəddəs
               kitabımız çox oxunduğu üçün əslində “qərəə” kökündən olmuş
               və “tilavət” (oxunmuş) mənasını daşıyır.

               Qurani-kərim
                   –İslam  dinində  Quran  peyğəmbərlərin  sonuncusu  həzrət
               Məhəmməd         (s)    vasitəsilə    Allah     tərəfindən     bəşərin
               hidayətindən  ötrü  müsəlmanlara  göndərilən  səmavi  və
               müqəddəs kitabın adıdır.
                   –Quran  müsəlmanlar,  hətta  qeyri-müsəlmanlar  arasında
               Allah  tərəfindən  İslam  peyğəmbəri  həzrət  Məhəmmədə  (s)
               nazil olmuş səmavi və müqəddəs kitabın adıdır.
                   –Quran  İslam  dininin  ən  mötəbər  mənbəyi,  İslam
               maarifinin ilk qaynağı, fərqli – fəsahət (fikri səlislik), bəlağət
               (fikri  incəlik),  ritorika,  qədim  tarix,  tərbiyə  və  əxlaqa  dair
               mövzularla bağlı göstərişlər – cəhətlərdən misilsiz bir kitabdır.
                   –Quran  həzrət  Məhəmmədin  (s)  ən  böyük  möcüzəsi  və
               İslamın canlı və əbədiyaşar sənədidir. Endiyi gündən etibarən
               öz əsalətini (orijinallığını) qoruyub saxlamış və qiyamətədək
               toxunulmaz olan tək səmavi kitabdır.
   225   226   227   228   229   230   231   232   233   234   235