Page 241 - Islamic Studies 06
P. 241

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 240

                   b). Quranın həqiqi formasını təşkil edən kəlmə və ifadələr
               öz orjinallığını itirmədən qorunub saxlanmış, hətta cüzi əlavə
               və ya ixtisara yol verilməmişdir.
                   4. «Quran haqq-ədalət gülüstanıdır» deyildikdə, əqidə və
               təfəkkür, əməl və əxlaq, qəzavət və mühakimə, ictimai ədalət
               və s. sahələrdə ədalətə ayırdığı xüsusi diqqət nəzərdə tutulur.
               Bu  səbəbdən  də  Quran  ədalət  ağaclarının  becərildiyi

               «gülüstan» adlanır.
                   5.  «Quran  imanın  təməlidir».  Buradan  məqsəd  islam
               dininin  istər  əxlaqi,  istərsə  də  əməli  hökmlərinin  Quran
               ayələrinə əsasən vahid formada qorunub saxlanılmasıdır.
                   6. «Quran geniş həqiqət düzənliyidir.» Düzənlikdə hər şey
               maneə olmadan necə varsa elə də göründüyü kimi, Quran da
               bütün həqiqətləri açıq-aşkar bəyan edir. Bu səbəbdən də Quran
               burada  geniş  səhra  və  düzənliyə  və  orada  maniəsiz  görünən
               şeylər isə həqiqətə oxşadılmışdır. Burada başqa bir mətləbə də
               işarə  olunmuşdur.  O  da  insanların  haqq-ədalətə  nail  olmaq
               üçün yalnız Qurana üz tutmalarıdır. Hər kim həqiqəti Quranda
               deyil, ayrı yerlərdə axtararsa, istəyinə nail ola bilməyəcəyini
               yəqin etməlidir.
                   7.  «Quran  suyu  tükənmyən  bir  dənizdir.»  Yəni,  hər  kim
               Quranın  bütün  sirlərinə  yiyələnmək  istəsə, buna  tam  şəkildə
               nail  ola  bilməyəcəkdir.  Çünki,  onun  kəşf  olunan  sirləri  nə
               tükənmək bilir, nə də öz etibarını itirir. Yerin dərin qatlarından
               qaynayan  bulaqların  suyu  tükənmədiyi  kimi,  Quranın  da
               əsrarəngiz sirləri tükənmək bilmir.
                   Quranın əhatə dairəsi o qədər genişdir ki, onun hər hansı
               bir  mövzusu  haqqında  araşdırma  aparan  tədqiqatçılar,  ondan
               yalnız öz şüur və düşüncələri qəbul etdiyi səviyyədə bəhrələnə
               bilərlər.
                   Elm  şahinləri  nə  qədər  çalışsalar  da,  onun  yüksəkliyinin
               qülləsinə  çatmazdan  əvvəl  özlərində  yorğunluq  hiss  edir,
   236   237   238   239   240   241   242   243   244   245   246