Page 237 - Islamic Studies 06
P. 237

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 236

               Quranın qəzavət və ictimai ədalətin bərqərar olunması üçün ən
               gözəl vasitə olduğunu sübuta yetirir.
                   Bəli, əgər müsəlmanlar öz maddi və mənəvi həyatlarında
               Qurana sığınaraq onun hökmlərindən lazımı qaydada istifadə
               etsəydilər,  həqiqəti  tamamilə  dərk  edər  və  Peyğəmbər  (s)-ın
               Əhli-beytinin (ə) məqamından agah olardılar. O Əhli-beyt ki,
               Peyğəmbər  (s)  onların  əhəmiyyətini  Quranla  eyni  səviyyədə

               tutmuş və özündən sonra məhz onları canişin təyin etmişdir.
                   Həqiqətən, əgər müsəlmanlar Quranı özləri üçün haqq və
               ədalət  şüarı  bilsəydilər,  bu  gün  belə  bir  çıxılmaz  vəziyyətə
               düşməzdilər. Əgər onlar Quran nuru altında hərəkət etsəydilər,
               hər  bir  ali  hədəflərinə  çatar  və  bir  daha  haqq  yoldan
               azmazdılar.
                   Amma  təəssüflər  olsun  ki,  müsəlmanlar  Qurana  arxa
               çevirib  cahiliyyət  dövrünün  adət-ənənələrinə  üz  tutmuşlar.
               Onlar  zəlalət  bayrağı  altına  pənah  aparmış  və  nəticədə  din,
               əqidə,  təriqət  və  s.  bu  kimi  ixtilaflara  düçar  olmuşlar.  Bu
               ixtilaflar    günbəgün      böyüyərək       müxtəlif     cərəyanların
               yaranmasına səbəb olmuşdur. Biri digərini küfr və itaətsizlikdə
               təqsirləndirir,  nahaq  qanını  tökür  və  var-dövlətini  haqsız
               olaraq  qarət  edir.  Onlar  müxalif  təriqətləri  təhqir  və  tənqid
               etməyi, hətta lənət oxumağı belə özləri üçün ibadət sanır və
               bununla Allaha yaxınlaşmaq istəyirlər. Bütün bunların səbəbi
               isə  bizə  məlumdur.  Qurandan  uzaq  düşmək,  onu  şəxsi  rəy,
               yaxud  müəyyən  nəzərə  əsaslanaraq  təfsir  etmək  bütün
               fəsadların mənşəyidir.

               İkinci hədis:
                   Əli (ə)-dan nəql olunmuş ikinci hədisdə Quran belə vəsf
               edilir: «Quran sönməz əbədi nur və dərinliyi bilinməyən böyük
               bir dənizdir. Quran haqq yolu və ümid mənbəyidir. Bu yolun
               yolçuları  qət  etdikləri  mərhələdə  zülmət  və  qarnlıqlarla
   232   233   234   235   236   237   238   239   240   241   242