Page 240 - Islamic Studies 06
P. 240

Nəhcül-bəlağədə vəhdət prinsipi / 239

               soruşduqda  buyurdu:  «Bu  ayə  Peyğəmbər  (s)-ın  Əhli-beyti
               haqda  nazil  olmuşdur.  Möminlər  onları  sevməli  və  onlarla
               əlaqələrini  kəsməməlidirlər.  Sonra  sözünə  davam  edərək
               buyurdu: Ayə Peyğəmbər (s)-ın Əhli-beyti barəsində nazil olsa
               da, sənə yaxın olan qohum-əqrəbaya da şamil ola bilər. Sənə
               tövsiyə  edəcəyim  şey  budur  ki,  müəyyən  şəxslər  barəsində
               nazil olmuş ayələri yalnız onların özlərinə aid etməyəsən».

                   Fərat  Kufinin  təfsirində  deyilir:  «Əgər  hər  hansı  bir  ayə
               yalnız  müəyyən  qövm  və  ya  millət  barəsində  nazil  olsaydı,
               indi  Qurandan  heç  bir  əsər-əlamət  qalmazdı.  Amma  bu  bir
               həqiqətdir  ki,  yer  və  göylər  durduqca,  Quran  da  duracaq  və
               dünyanın  ömrü  qədər  bəşəriyyətin  həyatında  aparıcı  rol
               oynayacaqdır. Belə ki, Quran bütün qövm və millətlərin istər
               müsbət və istərsə də mənfi xüsusiyyətlərini açıq-aşkar tərzdə
               bəyan etmişdir.» «Miratul-ənvar, 3-4-cü səh».
                   Bu  məzmunda  istənilən  qədər  hədis  və  rəvayət  nəql
               olunmuşdur, amma bu bir neçə hədislə kifayətlənib xütbənin
               izahını davam etdiririk.
                   2. «Bu yolun davamçıları qət etdikləri mərhələlərdə zülmət
               və  qaranlıqlarla  qarşılaşmaz  və  haqq  yoluna  hidayət
               olunarlar:»  Buradan  məqsəd  Quranın  insanları  haqq  yola
               hidayət  etməsidir.  Hər  kəs  bu  yolun  yolçusu  olsa,  bir  daha
               cəhalət  və  nadanlığa  üz  tutmaz.  Çünki,  Allah-taala  Quranı
               bəşəriyyətin  haqq  yola  hidayəti  və  xoşbəxt  həyatının  təmin
               olunması üçün nazil  etmişdir. Beləliklə, haqq və  ədalətsevər
               insanlar zəlalətdən üz çevirib əbədi xoşbəxt həyata qovuşarlar.
                   3.  «Quranın  ayələri  açıq-aşkar,  verdiyi  hökmlər  isə
               dəyişilməzdir.»
                   Burada iki ehtimal vermək olar:
                   a).  Quranın  maarif  və  təlim  prinsiplərinin  əsasını  bəşəri
               fitrət və təbii qanunlar təşkil edir. Belə ki, bu prinsiplər sabit
               və dəyişilməz qanunlar üzərində qurulmuşdur.
   235   236   237   238   239   240   241   242   243   244   245