Page 239 - Islamic Studies 06
P. 239

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 238

               gününədək  müəyyən  şəxs  və  ya  hadisələrə  deyil,  ümumi
               şeylərə aid olacaqdır.
                   Əyaş,  İmam  Baqir  (ə)-ın  «Hər  tayfanın  [doğru  yol
               göstərən]  bir  rəhbəri  vardır»  (Rəd-7)  ayəsinə  verdiyi  təfsir
               haqda nəql etdiyi rəvyətlərdən birində bu mətləbə işarə edərək
               deyir: «Ayədə rəhbər [yol göstərən] deyildikdə, Əli ibni Əbu
               Talib  (ə)  nəzərdə  tutulur.  Və  rəhbər  hər  zaman  bizim  Əhli-

               beytimizdən olacaqdır.»
                   Ravi deyir: Demək bu ayə sizə də şamil olunur. Və siz də
               ayədə işarə olunan rəhbərlərdənsiniz.
                   Buyurdu: Bəli, ayə  mənə də şamil  olunur. Quran  ayələri
               hər  zaman  qüvvədə  olduğu  üçün  mən  də  ayənin  aid  olduğu
               nümunələrdən biriyəm. Fəna və məhdudiyyət Quran üçün heç
               bir  əhəmiyyət  kəsb  etməyir.  Əgər  hər  hansı  bir  ayə  yalnız
               müəyyən qövm və ya millət barəsində nazil olsaydı, bu günə
               kimi  Qurandan  heç  bir  əsər-əlamət  qalmazdı.  Halbuki  belə
               deyildir. Quran ayələri əbədi olaraq keçmiş qövm və millətlərə
               şamil  olduğu  kimi,  gələcək  nəsillərə  də  şamil  olunur  və  bu
               məlumatlar onlar üçün də etibarlı sayılır.
                   İmam  Sadiq  (ə)-dan  bu  məzmunda  nəql  olunmuş
               hədislərdən birində deyilir:
                   «Quran, diri və əbədi bir kitabdır. O, heç vaxt məhv olub
               aradan  getməyəcəkdir.  Gecə  və  gündüz  əsrlər  boyu  eyni
               cərəyanda  olduğu  kimi  və  günəş  əsrlər  boyu  aləmi
               işıqlandırdığı kimi, Quran da həm keçmişdə, həm də gələcəkdə
               müsəlmanlar  üçün  əbədi  mənəviyyat  nuru  olmuş  və
               olacaqdır.»
                   Üsuli-kafidə  Ömər  ibni  Yəziddən  nəql  olunmuş  hədisdə
               deyilir:
                   «O kəslər ki, Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri
               birləşdirir [qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə
               hörmət edir]» (Rəd-21) ayəsinin mənasını imam Sadiq (ə)-dan
   234   235   236   237   238   239   240   241   242   243   244