Page 236 - Islamic Studies 06
P. 236
Nəhcül-bəlağədə vəhdət prinsipi / 235
yolu keçəcəklərinə işarə etmişdir. Bu ehtimala əsasən deyə
bilərik ki, yuxarıdakı hədislərdə İnşiqaq surəsinin 19-cu ayəsi
nəzərdə tutulur. Orada deyilir:
«Siz [ey kafirlər, qiyamət günü] haldan-hala
düşəcəksiniz».
Yəni, siz də özünüzdən əvvəlki qövmlərin getdikləri batil
yolu gedəcək və özünüzü ağır həlakətə düçar edəcəksiniz.
Eyni zamanda bu hədis Peyğəmbər (s)-dan nəql olunmuş
hədisə də dəlalət edə bilər. Hədisdə deyilir: «Siz də özünüzdən
əvvəlkilərin puç və batil həyat tərzini dirildəcək və onların
adət-ənənələrini davam etdirəcəksiniz.» (Kənzul ummal, 6/40).
2. «Quran elə bir kitabdır ki, zalım və sitəmkarlar onu
özlərindən uzaq etmək istərlər. Allah-taala da onları xar və
böyük fəlakətə düçar edər» deməklə, Peyğəmbər (s) Quranın
zalım və bidətçilər tərəfindən təhrif olunmayacağını və əbədi
olaraq öz əzəmətini saxlayacağını bəyan etmək istəmişdir.
Onlar əvvəlki səmavi kitabları təhrif etdikləri kimi, heç
vaxt Quranı əyləncə vasitəsinə çevirməyə və onun hökümlərini
dəyişməyə nail olmayacaqlar. («Əlhuda ila dinul Mustəfa»,
1/34).
«Şəxsi meyl və istəklər orada dəyişikliklər apararaq onun
həqqaniyyətinə xələl gətirə bilməzlər.»
Biz bilirik ki, bəşər Quran ayələrini öz şəxsi rəy və
nəzərləri ilə təfsir etmiş və oradan müxtəlif mənalar əldə
etmişlər. Amma bütün bunlara baxmayaraq, onun həqiqi
mənası öz dəyişilməzliyini saxlamış və qiyamət gününə qədər
də toxunulmaz olaraq qalacaqdır.
3. Hədisdən əldə etdiyimiz üçüncü mühüm mətləb Quranın
bütün ixtilaf və keşməkeşləri həll etməsidir. Belə ki, hədisdə
deyilir «Allahın nazil etdiyi Quranla siz bütün ixtilaf və
qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz.» Bu bir daha