Page 254 - Islamic Studies 06
P. 254

Nəhcül-bəlağədə vəhdət prinsipi / 253

               də  Aristotelin  fəlsəfi  fikirləri  ilə  tanış  idi.  O,  yaratdığı
               fəlsəfəyə  «İşraq  fəlsəfəsi»  (intuitiv  fəlsəfə)  adını  vermişdi.
               Sührəvərdiyə  görə  həqiqətin  kəşf  olunması  üçün  iki  yolun
               mövcudluğu zəruridir:
                   1.Aşkar əqli dəlillər, isbat və istidlallar (deduksiyalar3).
                   2.  Əməli  mərhələlər  keçərək  ruhun  paklanması  ilə  İlahi
               nurdan kömək almaq.

                   İşraq sözünün mə’nası «Nur saçmaq» deməkdir. Cərəyanın
               «İşraq»      adlandırılması      həqiqətin      kəşf     olunmasında
               Sührəvərdinin zəruri bildiyi İlahi nurla əlaqədardır. O, bütün
               mövcudatı nur və zülmətdən ibarət bilirdi. Sührəvərdiyə görə
               nur  ilə  zülməti  seyr  etmək  və  nəhayət,  nurlar-nuru  Allahı
               tapmaq  lazımdır.  İşraqilər  özlərini  Platonun  varisləri  hesab
               edirlər. Məşşai və İşraq fəlsəfi cərəyanları arasında ən əsaslı
               ixtilaf işraqilərin həqiqəti kəşf etməkdə zəruri bildikləri ikinci
               şərtdir (ruhun paklanması). Lakin Aristotel ilə Platon arasında,
               məhz bu məsələdə, fikir ayrılığı olduğunu heç kəs sübut edə
               bilməmişdir.
                   XX  əsrin  görkəmli  filosofu  şəhid  Mürtəza  Mütəhhəriyə1
               görə bu iki filosof arasında qeyd etdiyimiz məsələ barəsində
               ixtilaf  olmamışdır.  İşraqilərin  lideri  Şihabəddin  Sührəverdi
               zəmanəsinin  sufiləri  ilə  sıx  əlaqədə  olduğu  üçün  ruhun
               paklanması şərtini öz cərəyanına daxil etmişdir. Tarixdə bu iki
               filosof  arasında  mübahisə  mövzusunda  sübuta  yetmiş  yalnız
               bir məsələ vardır ki, bu da Platonun «İdeyalar» nəzəriyyəsinin
               Aristotel  tərəfindən  qəbul  olunmamasıdır.  «İdeyalar»
               nəzəriyyəsində bizim müşahidə etdiyimiz aləmdən başqa digər
               bir aləmin də olduğundan söhbət açılır. Platon gördüyümüz hər
               bir şeyin əsl həqiqətinin həmin aləmdə yerləşdiyinə inanırdı.
               Bu aləm «İdeyalar» aləmi adlanır. Filosof hər bir mövcudun
               kökünü o aləmdə axtarır, insanın, əvvəlcə orada olub sonra isə
               bu aləmə gəldiyini və hər mə’lumatı orada öyrənib, sadəcə bu
   249   250   251   252   253   254   255   256   257   258   259