Page 253 - Islamic Studies 06
P. 253
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 252
almasına kömək edən Herbert Spenser1 olmuşdur.
Pozitevizmin metafizikaya qarşı radikal mövqeyi Avropa
fəlsəfəsində daha dərin böhran yaratmışdır.
Məşşai fəlsəfəsi
XI-XII yüzilliklərdən başlayaraq İslam filosofları iki əsas
fəlsəfi cərəyana ayrılmağa başladılar. Bunlardan biri «Məşşai
fəlsəfəsi» idi. «Məşşai» sözü yeriyən deməkdir. Bu söz
Aristotelin davamçılarını özündə cəm etmiş «Peripatetik»
(yunanca: perepateo - gəzişirəm, yeriyirəm) məktəbdən
götürülmüşdür. Bunu Aristotelin Likey xiyabanlarında
gəzişərək fəlsəfi mühazirələr söyləməsi ilə izah edirlər. Məşşai
fəlsəfi cərəyanının önündə şərqin görkəmli filosofu İbn Sina1
durur. İbn Sina Farabidən sonra Aristotel nəzəriyyələrinə varis
çıxan ən böyük filosof sayılır. Onun sistemləşdirdiyi Məşşai
fəlsəfəsinin əsas xüsusiyyəti həqiqətin kəşf olunmasında yalnız
əqli yollara istinad etməsindən ibarətdir. Məşşai filosofları
hesab edirlər ki, həqiqətin kəşf olunması üçün əqli sübutlar
kifayət edir. Bunun üçün həqiqət axtaranın əməli mərhələlər
keçməsi, ruhunu paklaşdırması zəruri deyildir.
Məşşai fəlsəfəsi İslam dünyası üçün mütləq bir fəlsəfə
sistemləşdirə bilməsə də, müsəlmanlar arasında uzun əsrlər
boyu hakim fəlsəfi nəzəriyyə olmuş və geniş yayılmışdır. Bu
fəlsəfənin Bəhmənyar ibn Mərzban2, Nəsirəddin Tusi1, İbn
Bacə2 kimi görkəmli nümayəndələri olmuşdur.
İşraq fəlsəfəsi
İbn Sinadan başlayaraq Məşşai fəlsəfəsinin sistemləşərək
genişləndiyi bir dövrdə yeni bir fəlsəfi cərəyan zühur etdi. Bu
fəlsəfi cərəyana görkəmli Azərbaycan filosofu Şihabəddin
Sührəvərdi1 başçılıq edirdi. Sührəvərdi həm Platonun2, həm